Mövzu 15: Beynəlxalq marketinq.
Plan :
1. Beynəlxalq marketinq haqqında anlayış.
2. Marketinqin qloballaşdırılması və beynəlxalq marketinqin xüsusiyyətləri.
3. Müəssisələr və beynəlxalq marketinq.
4. Beynəlxalq marketinqin xüsusiyyətləri.
5. Beynəlxalq marketinqin əsas prinsipləri.
1. Beynəlxalq marketinq haqqında anlayış.
Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin həyata keçirdiyi məqsədyönlü və tarazılaşdırılmış daxili və xarici siyasətin Prezidentimiz cənab İ.Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı misli görünməmiş yüksək sürətlə inkişaf edir və bunun da nəticəsində respublikamızın xarici iqtisadi əlaqələri genişlərir.
Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrinin əsaslı şəkildə genişlənməsi, ölkəmizin beynəlxalq əmək bölgüsündə fəal iştirakı, bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının çox yüksək sürətlə yüksəlməsi bu sahə ilə məşğul olan ixtisaslı mütəxəssislər hazırlanmasının zəruriliyini ön plana çəkilir.
Xarici ticarət üzərində dövlət inhisarının ləğv olunması ölkə şirkət və firmalarına müstəqil şəkildə dünya bazarına çıxmağa şərait yaratmışdır. Hazırda bu fəaliyyət, ölkəmizin firma və şirkətləri tərəfindən xarici bazarda rəqabət mübarizəsinin kəsgin xarakter aldığı, beynəlxalq əmək bölgüsü və kooperasiyanın genişləndiyi, təsərrüfat əlaqələrinin qloballaşdığı, elmi-texniki tərəqqinin, ölkələrarası mühəndis-texniki xidmətlərin tez-tez olaraq yüksəldiyi bir şəraitdə həyata keçirilir. Ona görə də, bu fəaliyyətin müvəffəqiyyət qazanması üçün xarici iqtisadi fəaliyyətlə məşğul olan şirkət və firmalar beynəlxalq marketinqin strategiyası, üsul, funksiya və prinsipləri ilə dərindən tanış olmalıdırlar. Mütəxəssislərin fikrincə, xarici bazarda kommersiya müvəffəq müvəffəqiyyətsizliyinə uğramağın 77%-i marketinq amillərinin payına düşür, 23%-i isə məmulatın texniki cəhətdən mükəmməl olmaması hesabına baş verir.
Azərbaycan sahibkarları üçün marketinq nəzəriyyəsini və dünya təcrübəsini dərindən bilmək xüsusi praktiki əhəmiyyət kəsb edir. Bu, ona vacibdir ki, milli təsərrüfat sistemi həm əlaqələrin quruluşu, həm bazar subyektlərinin qarşılıqlı fəaliyyətinin quruluşu, həm bazar subyektlərinin qarşılıqlı fəaliyyətinin qeyri-müəyyənliyi, həm də qabaqcadan müəyyənləşdirilə bilməmək səviyyəsinə görə xarici analoquna nisbətən daha mürəkkəbdir.
Belə bir şəraitdə, təşkilat və müəssisələrin xarici bazarda kommersiya fəaliyyətinin məqzini onların beynəlxalq marketinq fəaliyyətini müvəffəqiyyətlə həyata keçirmələri təşkil edir.
Beynəlxalq marketinqin strategiya və üsullarına praktiki olaraq yiyələnmək, onu iqtisadiyyat və təsərrüfatın müxtəlif sahələrinə tətbiq etmək bütövlükdə ölkə iqtisadiyyatının, ayrılıqda isə müxtəlif sahə müəssisələrinin fəaliyyətinin səmərəliliyini yüksəldir.
Azərbaycan müəssisələrinin azad şəkildə xarici bazara çıxdıqları bir şəraitdə birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ xarici ticarət sövdələşmələrinin səmərəliliyinin müəyyənləşdirilməsidir. Bu ona görə mühüm əhəmiyyət kəsb edir ki, sənayecə inkişaf etmiş ölkələrdəki rəqiblərinə nisbətən ölkəmizdəki müəssisələrdə əmək məhsuldarlığı bir neçə dəfə aşağı olmaqla, hər vahid ümumi daxili məhsula çəkilən xərclər orta hesabla 2-3 dəfə artıqdır. Belə olan şəraitdə müəssisə və təşkilatlar xarici bazarda yalnız beynəlxalq marketinq fəaliyyətindən səmərəli istifadə etməklə müvəffəqiyyət əldə edə bilirlər.
Bazar iqtisadiyyatı mərkəzləşdirilmiş planlı təsərrüfata nisbətən beynəlxalq marketinq sahəsində qərar qəbul edən rəhbərlərdən daha yüksək bilik, bacarıq və çeviklik tələb edir. Belə tələb strateji qərarlar qəbul edən mütəxəssislərə qarşı daha yüksək olur. Çünki xarici bazarın ehtiyac və tələbatına cavab verən, istehlakçıları özünə cəlb edən, yeni texniki-iqtisadi xüsusiyyətlərə malik, orjinal əmtəələrin istehsalı səmərəli marketinq strategiyasının işlənilməsi və tətbiqini tələb edir ki, bu da digər şərtlər daxilində həm də beynəlxalq marketinq xidmətinin funksiyasına daxildir.
Dostları ilə paylaş: |