Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Beynəlxalq marketinqin xüsusiyyətləri



Yüklə 1,27 Mb.
səhifə172/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   168   169   170   171   172   173   174   175   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

4. Beynəlxalq marketinqin xüsusiyyətləri.

Praktikada marketinq sahəsində xarici iqtisadi fəaliyyət beynəlxalq marketinq adını almışdır.

Beynəlxalq marketinq dünya iqtisadiyyatının qloballaşması şəraitində dünya birliyinin müasir vəziyyəti ilə əlaqədar olan obyektiv prosesdir. Beynəlxalq marketinqin meydana gəlməsi və inkişafının əsas səbəbləri aşağıdakılardan ibarətdir.

-dünya birliyinə daxil olan ölkələrin əsasən siyasi və iqtisadi müstəqilliyi və beynəlxalq münasibətlərdə müstəqil siyasət yeritmələri;

-beynəlxalq və milli qanunvericiliklər, onların fərqli cəhətləri və uyğunlaşdırılması;

-əmtəə istehsalçıları arasında yüksək rəqabət mövcudluğu;

-bir çox inkişaf etmiş ölkələrdə əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq bütün növ əmtəələrə və onların keyfiyyətinə olan tələbatın yüksəlməsi;

-xidmətlərin beynəlxalq bazarının yüksək sürətdə inkişafı;

-beynəlxalq əmək bölgüsünün dərinləşməsi;

-beynəlxalq ticarətin liberallaşdırılması;

-ayrı-ayrı ölkələrdə əmtəə istehsalının daxili tələbatdan artıq istehsal olunması;

-yeni əmtəələrin istehsalının artması;

-bazar infrastrukturasının inkişafı;

-Beynəlxalq ixtisaslaşma və kordinasiya səviyyəsinin yüksəldilməsi;

-milli valyuta sistemlərinin mövcudluğu;

-beynəlxalq iqtisadi infilyasiyanın inkişafı.

Təsərrüfatın idarə edilməsinin müəyyən bir sistemi kimi beynəlxalq marketinqin meydana gəlməsini dünyada baş verən istehsal problemlərinin təsərrüfatdaxili və təsərrüfatlararası iqtisadi və digər amillərin mürəkkəbləşməsi, əmtəə çeşidlərinin durmadan genişlənməsi, yeniləşməsi şəraitində onların satışı məsələlərinin çətinləşməsinin, elmi-texniki tərəqqinin yüksək inkişafının nəticəsi kimi qəbul etmək olar. Bunu həm də istehsal imkanlarının genişləndirilməsinə, bazarın tələbatının quruluş və xarakterindəki dəyişmələrə, bazar konyukturasının enib qalxmasına, dünya bazarında rəqabətin güclənməsinə hər bir istehsal vahidinin cavab reaksiyası kimi qiymətləndirmək olar. Məsələn elektron hesablayıcı maşınlar bazarında yeni modelin bazara çıxarılmasından cəmi 18 ay sonra rəqiblər anoloji modeli bazara təklif ediblər. Üç il keçdikdən sonra bu yeni model daha mükəmməl maşınla əvəz olundu.

Marketinqdən əksər firmalar xarici bazarda ona görə geniş istifadə edirlər ki, onun köməkliyi ilə özlərinin bazarda mövcud olan problemlərini daha məqsədəuyğun yolla həll edir, istehsalçı özünün və bazarın imkanlarından maksimum dərəcədə istifadə etməklə yüksək mənfəət əldə edir və öz fəaliyyətini bazarın dəyişən meyllərində uyğun planlaşdırırlar.

Beynəlxalq marketinq fəaliyyəti aşağıdakı vacib məsələlərin həllini təmin etməlidir:

-xarici bazar, konkret tələbatın dinamikası və quruluşu, istehlakçıların zövqü və hansı əmtəələrə üstünlük verməsi, başqa sözlə desək, firmanın fəaliyyət göstərdiyi xarici şərait haqqında vaxtında, etibarlı və dəqiq məlumatların toplanması;

-elə əmtəə, əmtəə qrupu, çeşidi yaradılmalıdır ki, o rəqiblərin əmtəəsi ilə müqaisədə xarici istehlakçıların tələbatını daha dolğun ödəyə bilsin;

-istehlakçıya, bazara, tələbata elə təsir etməlidir ki, o satış sferası üzərində mümkün qədər maksimum nəzarəti təmin etsin.

Beynəlxalq marketinqin inkişafını bir neçə mərhələyə bölmək olar:

1. Ənənəvi ixtisas-sonradan ənənəvi olaraq istehsal olunmuş əmtəə və xidmətlərin xaricə satışı;

2. İxrac marketinqi-ixracçı öz istehsalını xarici bazarın tələblərinə uyğunlaşdırır və əmtəənin irəlilədilməsinin bütün mərhələlərinə nəzarət edir;

3. Beynəlxalq marketinq-ixracı marketinqin bütün vasitələrindən istifadə edərək bazarı dərindən təhlil edir;

4. Beynəlxalq ixtisaslaşmanın inkişafı;

5. Beynəlxalq kooperasiyasının dərinləşməsi;

6. Beynəlxalq menecment-beynəlxalq marketinq firmanın fəaliyyətinin bütün tərəflərini əhatə edir.

Firmanın beynəlxalq marketinqlə məşğul olması motivlərinə aşağıdakıları aid etmək olar:

-Xarici bazarda açılan kommersiya imkanlarından istifadə etməklə əlavə mənfəət əldə etmək;

-Xarici bazarda mövcud olan ucuz işçi qüvvəsi və xammal ehtiyatlarından istifadə etmək;

-sərəncamında olan istehsal güclərindən tam istifadə etməyə səy göstərmək;

-öz ölkəsinin iqtisadi inkişaf tempinin aşağı düşəcəyinin gözlənilməsi;

-ixrac və birdə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi firmanın öz maliyyə vəziyyətini yaxşılaşdıracağına ümüd bəsləməsi;

-xarici valyuta əldə etmə imkanları;

-xarici bazarda əldə edilən əlavə mənfəət hesabına firmanın yeni texnika və texnologiya alaraq öz istehsal güclərini madernləşdirməsi və yeniləşdirməsi;

-dünya bazarlarında özünü etibarlı ixracçı kimi tanıtmaq;

-xarici ölkələrə lisenziya və potent satmaq;

-xarici ölkədə iqtisadiyyatın sürətli inkişafı;

-ölkə daxilindəki rəqabətin xarici bazardakı rəqabətdən yüksək olması və s.

Xarici bazara çıxış firmalar öz işlərini yalnız əmtəələrin sadə satışı ilə məhdudlaşdırmış və həmin bazarda hərtərəfli fəaliyyət göstərmək istəyirlər. Bu, onların beynəlxalq bazarın xadimi olmaq, eləcə də özünə müsbət sürət yaratmaq üçün çox zəruridir.

Beynəlxalq marketinqdə mühüm məsələlərdən biri də marketinq funksiyalarından istifadə olunmasıdır.

Marketinqə xas olan əsas funksiyalar aşağıdakılardan və beynəlxalq marketinq xidməti bunlardan öz fəaliyyətindən istifadə etməlidir:

1. Konkret xarici bazarın, onun problem və perspektivinin kompleks öyrənilməsi;

2. Öz imkanlarını və xarici bazarın tələblərini nəzərə almaqla firmanın əmtəə çeşidinin planlaşdırılması;

3. Tələbin formalaşdırılması və satışın stimullaşdırılması tədbirlərin həyata keçirilməsi;

4. Satış əməliyyatlarının planlaşdırılması;

5. Marketin fəaliyyəti üzərində nəzarət və onun idarəedilməsi. Bu nəzərdə tutur ki, zəruri hallarda birinci funksiya qayıdılsın.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin