və onun yoxlanılması. Bu mərhələdə əmtəənin mənası istehsalçılar tərəfindən işlənməlidir. əmtəənin mənası – ideyanın istehlakçılar üçün əhəmiyyətli olan məfhumlarla ifadə olunmuş variantdır. Bazar xadiminin vəzifəsi ideyanı bir sıra alternativ mənalar mərhələsinədək işləyib hazırlamaq, onların nisbi cazibəsini qiymətləndirmək və ən yaxşısını seçməkdir.
Əmtəənin ideyası – bazara təklif olunan əmtəə haqqında ümumi təsəvvürdür.
Əmtəənin mənası – ideyanın istehlakçılar üçün əhəmiyyətli olan variantıdır.
Əmtəənin surəti – real mövcud və ya potensial əmtəə haqqında istehlakçılarda yaranmış konkret təssüratdır. (Məs. eloktromobil – ailə avtomobili, orta qiymətli, az yanacaq tələb edən, ekoloji təmiz).
Mə’nanın yoxlanılması - əmtəənin (onun) müvafiq məqsədli istehlakçılar qrupları üzərində sınaqdan keçirilməsini nəzərdə tutur. Isrehlakçıların cavabları mə’nanı hansı variantının daha güclü cazibə qüvvəsinə malik olduğunu müəyyənləşdirməkdə firmaya kömək edir. Bunun üçün aşağıdakı suala cavab verməlidir:
Əmtəənin mənası sizə aydındırmı?
Elektromobilin başqa avtomobillərdən üstünlükləri nədən ibarətdir?
Əmtəə haqqda deyilənlər sizcə həqiqətdimi?
Əmtəənin qiyməti sizcə uyğundurmu?
Əmtəəni (elektromobili) almaq qərarında kimlər iştirak edir?