II mərhələ. İdeyaların seçilməsi.
Seçmənin məqsədi – lazımsız ideyaların mümkün qədər tez aşkar etmək və ayırmaqdır. Firmaların əksəriyyətində mütəxəssislər öz yeni əmtəə ideyalarını standart blankda yazılmış şəkildə yeni əmtəələr üzrə komissiyaya təqdim etməlidir.
Bu təqdimatda əmtəənin, məqsədli bazarın, rəqiblərin təsviri verilir, bazarın həcmi, əmtəənin qiyməti, yeniliyin yaradılması üzrə işlərin müddəti və dəyəri, istesal xərcləri və mənfəət norması təqribi hesablanır. Və ancaq bundan sonra aydın olur – ideya səmərəlidir ya yox.
Ideya səmərəli olsa da, yenə belə bir sual meydana çıxır: o konkret firma üçün münasibdirmi, onun məqsədlərinə, strateji istiqamətlərinə və ehtiyat mənbələrinə uyğun gəlirmi?
Dostları ilə paylaş: |