«Yarmarka» və «sərgi» anlayışları arasındakı anlaşılmazlığa aydınlıq gətirmək məqsədilə qeyd etmək lazımdır ki, yarmarka-bazarın xarakterinə uyğun olaraq nümayiş etdirilən məhsulların və ya malların təchizini təşkil etməklə bağlı yaranmışdır.
Onlardan fərqli olaraq, sərginin meydana gəlməsi insanların əldə etdikləri müvəffəqiyyətləri (nailiyyətləri), kommersiyanın əsas istiqamətlərinin inkişafı ilə bağlı məlumatları işıqlandırmaq zərurətindən yaranmışdır.
Yuxarıda qeyd edilən fikirləri ümumiləşdirərək aşağıdakı fikiri söyləmək olar:
Yarmarka - məqsəd etibarilə təqdim edilən nümunələr üzrə ticarət sövdələşmələrinin bağlanması ilə əlaqədar keçirilən kommersiya tədbirləridir;
Sərgi - cəmiyyətin bu və ya digər sahədə qazandıqları nailiyyətlərin kütləvi şəkildə nümayiş etdirilməsidir. Nəticə etibarı ilə kommersiya işləri ilə yanaşı, ideya, nəzəriyyə, elmi və s. Mübadilə aparılmasıdır.
Lakin getdikcə bu anlayışlar arasında əsas fərqlər yaddan çıxmaqdadır. Şərti olaraq bütün sərgi üzrə keçirilən tədbirləri aşağıdakı şəkildə təsnifləşdirmək olar:
Dostları ilə paylaş: |