III. Marketinq kompleksinin işlənib hazırlanması. Marketinq kompleksi- üzərinə nəzarət qoyulması mümkün olan dəyişkən marketinq amilləri dəstidir və firma məqsədli bazarın arzu olunan cavab reaksiyasını almaq səylərində onların məcmusundan istifadə edir.
Marketinq kompleksinə firmanın öz əmtəəsinə olan tələbata təsir göstərmək üçün edə biləcəyi hər şey daxildir. Çoxsaylı imkanları dört əsas qrupa bölmək olar:
1. Əmtəə - firmanın məqsədli bazara təklif etdiyi məmulatlar və xidmətlər dəstidir.
2. Qiymət - əmtəənin alınması üçün istehlakçıların ödədikləri pul məbləğidir.