Marketinqin idarə olunması prosesini biz aşağıdakı kimi müəyyənləşdiririk:
Bazar imkanlarının təhlili;
Məqsədli bazarların seçilməsi;
Marketinq kompleksinin işlənib hazırlanması;
Marketinq tədbirlərinin həyata keçirilməsi;
I. Bazar imkanlarının təhlili. Istənilən şirkət açılan bazar imkanlarını aşkar etməyi bacarmalıdır. Heç bir firma əbədi olaraq özünün indiki əmtəələrinə və bazarlarına arxalana bilməz. Qabaqlar patefon, at arabası istehsal edən sahibkarlar bugun müflisləşərlər, və yaxud yeni işlə məşğul olmalıdırlar.
Şirkətlər elə güman edə bilərlər ki, onların imkanları çox məhduddur, lakin bu əslində onların məşğul olduqları işin gələcəyini xəyalən görmək və öz güclü tərəflərini dərk etmək bacarıqsızlığıdır. Çünki hər şirkət qarşısında çoxlu bazar perspektivləri açılmışdır.
Yeni imkanların axtarışı zamanı şirkət rəhbərləri: qəzetləri oxuyur; ixtisaslaşdırılmış sərgilərə gedir; rəqiblərin əmtəəsini öyrənir və digər yollarla informasiya toplayır.
Dostları ilə paylaş: |