3) Marketinq şöbəsinin təşkili sistemi. Bugün marketin şöbələri müxtəlif əsaslar üzərində təşkil oluna bilər.
a) Funksional təşkil. Ən geniş yayılmış sxemdir. Ba halda marketinq üzrə mütəxəssislər marketinq fəaliyyətinin müxtəlif növlərinə rəhbərlik edirlər. Onlar bütün işləri əlaqələndirən marketinq üzrə vise-prezidentə tabedirlər.
Funksional təşkilin əsas üstünlüyü idarə etmənin sadəliyidir.
b) Coğrafi prinsip üzrə təşkil. Bütün ölkə ərazisində ticarət edən şirkətlərdə satıcıların tabeçiliyi çox zaman coğrafi prinsip üzrə təşkil formasını alır.
Coğrafi prinsip üzrə təşkil zamanı, ticarət agentləri xidmət etdikləri ərazidə yaşayıb, öz müştərilərini daha yaxşı tanıyırlar, səfərləeə çox az vaxt və vəsait sərf etməklədaha səmərəli işləyə bilərlər.
Dostları ilə paylaş: |