c) Əmtəə istehsalı üzrətəşkil. Geniş əmtəə çeşidi yaxud müxtəlif markalı malları olan firmalar əmtəə və ya əmtəə-marka istehsalı üzrə təşkildən istifadə edirlər.
və s.
d) Bazar prinsipi üzrə təşkil. Bir çox firmalar öz çeşidindən olan əmtəələri müxtəlif bazarlarda satırlar. Bazar prinsipi üzrə təşkil müxtəlif alıcı adətləri yaxud əmtəəyə verilən üstünlükləri olduğu hallarda arzuediləndir.
V. Bazar iqtisadiyyatı şəraitində marketoloqun vəzifələri.Marketoloq kimdir? Marketoloq - sənayecə inkişaf etmiş Qərbi Avropa ölkələrində, ABŞ-da, Yaponiyada marketinq xidməti sistemində əsas, aparıcı peşə sahibi, mütəxəssisdir.
Marketoloq - bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyət sferasında tez-tez rastlaşan və bir-biri ilə qarşılıqlı və üzvü əlaqədə olan: tələb, təklif, qiymət və s. bağlı olan və digər iqtisadi-sosial amillərin mahiyyətini, məzmununu, vəzifələrini və s. kamil bilən, elmi araşdırmalar və tədqiqatlar aparmağı, nəticələr çıxarmağı və elmi tövsiyələr verməyi bacaran marketinq üzrə mütəxəssisdir.