1) Marketinq planlaşdırılması sistemi. Strateji planlaşdırma sistemi istənilən şirkətin bir neçə fəaliyyət sahəsi olduğundan irəli gəlir. Ms: firma həm şampun, həm də üz kremləri istehsal edir. Firma öz məhdut vəsait mənbələrini indi mövcud olan istehsalatlar arasında necə bölüşdürəcəyini dəqiq bilməlidir.
Strateji planlaşdırma sisteminin məqsədi–firmanın güclü istehsallarının tapdığını və zəiflərinin ixtisar və yaxud ləğv etdiyini yəginləşdirməkdədir.
Marketinq planlaşdırılması. Perspektiv plan - (5 illik) bazarda marka üçün nəzərdə tutulmuş hissənin zəbt edilməsinin və nəzərdə tutulmuş mənfəətin əldə olunmasının əsas strateji üsullarının ifadə edən, zəruri xərcləri və gözlənilən gəlirləri göstərən beşillik plan hazırlayacaqlar.
Illik plan-illik planda cari marketin vəziyyətinin icmalı verilir, adi və markalı əmtəələr qarşısında duran real təhlükələr və imkanlar, məqsədlər və problemlər sadalanır.