Marketinq sisteminin əsil məqsədi nədir? Mümkün qədər yüksək istehlaka müvəffəq olunması-bunun üçün iş adamları “Orbit” saqqızı çeynəməyə məcbur etmək, eynəkləri dəbə salırlar və s.
Ən yüksək istehlakçı razılığının əldə olunması. Çoxlu miqdarda saqqız istehlakı və yaxud çoxlu paltara malik olmaq o vaxt bir əhəmiyyət kəsb edir ki, son nəticədə istehlakçı tam razı qalsın. Istehlakçının razı qalma dərəcəsini ölçmək son dərəcə çətindir.
Ən geniş çeşidin təklif edilməsi. Istehlakçıya təqdim olunan çeşidin genişləndirilməsi xərc tələb edir. Malların və xidmətlərin qiyməti bahalaşacaq, çünki müxtəliflik onların istehsalı və saxlanılması xərclərini artıracaq bu isə istehlakçıların real gəlirlərinin və istehlak miqyasının aşağı düşməsinə səbəb olacaq.