Marketinqin yayılma sürəti.
Ən birinci marketinqlə “Prokter and Qembl”, “Koka-kola”, “Ceneral motors”, və s. maraqlanmışdılar;
qablaşdırılmış istehlak malları;
sənaye avadanlığı hazırlayan firmalar;
polad, kimyəvi preparatlar, kağız istehsalı;
xidmət sahəsi (banklar, sərnişindaşıma), avia;
vəkillər, həkimlər, arxitekturlar və s.
Qeyri-kommersiya fəaliyyəti sahəsində.
Məlum olduğu kimi hər elmin özünün xüsusi öyrənmə predmeti və tədqiqat obyekti vardır, odur ki, kursun incəliklərinə və dərinliklərinə keçməzdən əvvəl onun predmetini və tədqiqat obyektini aydınlaşdırmaq zəruridir .
Ölkəmizdə bazar münasibətləri şəraitində marketinq məqsədlərinə diqqət artirilir və o istehsalın təşkili, planlaşdırılması və idarə olunması sisteminin zəruri elementinə çevrilir.
Deməli, kursun predmeti və tədqiqat obyekti bir-biri ilə ayrılmaz və qarşılıqlı əlaqədardır. Odur ki, onların hər ikisi birgə nəzərdən keçirilməlidir. Bütün bu yuxarıda qeyd edilənlər də öz növbəsində kursun predmetini təşkil edir. Deməli, kursun predmeti - müəssisənin fəaliyyətinin təşkili, planlaşdırılması, idarə edilməsi və onun birbaşa bazara istiqamətləndirilməsidir. Bu məqsədlə marketinq–təşkilati texniki, iqtisadi, sosial və s. sahələri özündə birləşdirməklə idarəetmə aparıcı və həlledici funksiyalarını icra etməkdir. Başqa sözlə, əmtəələr axinının istehsalçılardan istehlakçılara istuqamətləndirilməsi (həm də bunun minimum xərclə və tez başa çatdırılmasını, nəzərdə tutulmuş gəlirin alınmasını təmin etməklə) və s. təşkil edir.
Göründüyü kimi, əmtəənin yeni növlərinin yaradılması və onların istehsalı məhz müəssisələr tərəfindən həyata keçirilir. Bu məsələlərin ən səmərəli variantda və kompleks həll edilməsinin metod və üsulları isə həm təbii-texniki və həm də ictimai elmlər tərəfindən öyrənilir. Deməli, marketyinq bazarda olan real vəziyyəti dəqiq öyrənmək, tədqiq etmək yolu ilə potensial tələbatı müəyyən etməli və buna uyğun olaraq bazara tələb olunan miqdarda və keyfiyyətdə əmtəələri çıxarmalıdır. Bütün bunlar da öz növbəsində kursun predmetini təşkil edir. Müəssisənin bazarda olan fəaliyyəti isə marketinqin obyektidir.
Dostları ilə paylaş: |