2.Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası. Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası iddia edir ki, istehlakçılar ən yüksək keyfiyyət, ən yaxşı xassələri və səciyyəvi xüsusiyyətləri təklif edən əmtəələrə qarşı daha çox meyl edəcək və deməli, təşkilat öz qüvvəsini əmtəənin daim təkminləşdirilməsində cəmləşditilməlidir.Əgər istehsalçı dizayn, qablaşdırma və qiymət vasıtəsi ilə əmtəənin cazibədar edə bilməzsə, onun rahat bölgü kanalları vasitəsi ilə hərəkətini təşkil etməzsə, alıcıların nəzərini cəlb edib, öz məmulatının əla keyfiyyətlərinə onları inandırmazsa, təkmilləşdirilmiş əmtəə (siçan tələsi) bazarda satılmayacaq.