Strategiyanın seçilməsi : Strategiyanın planlaşdırılması çərçivəsində məqsədi müəyyən etdikdən sonra, onlara necə nail olunması yollarını müəyyən etmək zəruridir.
Marketinq strategiyası-Müəssisələrin, firmanın imkanlarının işlənib hazırlanması və marketinq tədbirlərinin həyata keçirilməsi. Onların reallaşdırılmasına nəzarət edilməsi prosesi. Marketinq strategiyasının 4 əsas növü vardır:
1. Mövcud olan əmtəələri satmaq üçün müəssisənin ənənəvi olan bazara nisbətən satışın genişləndirilməsinə imkan verə bilən bazara daxil olunması;
2. Yeni və daha mütərəqqi əmtəələrin işlənib hazırlanması (ənənəvi bazarda təkmil-miş, model-miş, yaxud daha müasir Əmtəələrin satış həcmlərinin artırılması).
3. Bazarın genişləndirilməsi (yeni bazarlarda mövcud olan əmtəələrin satış həcminin yüksəldilməsi);
4. Diversifikasiya (yeni bazarlar üçün yeni Əmtəələr istehsal etmək);
Deməli, Marketinq strategiyası dedikdə qarşıya qoyulmuş məqsədə çatmaq üçün ayrı-ayrı marketinq tədbirlərinin həyata keçirilməsi və onların reallaşdırılmasına nəzarət edilməsi sistemi aşağıdakı şəkildə başa düşülür.
Xarici və daxili şərait strategiyasının seçilməsini xeyli məhdudlaşdırır.
Şəkil 4. Müəssisənin məqsədlərinin marketinqin məqsədləri ilə qarşılıqlı əlaqəsi
Dostları ilə paylaş: |