Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki


Növbəti - nəzarət ediləcək göstəricilərin müəyyənləşdirilməsi



Yüklə 1,27 Mb.
səhifə150/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   146   147   148   149   150   151   152   153   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Növbəti - nəzarət ediləcək göstəricilərin müəyyənləşdirilməsi mərhələsində qarşıya qoyul­muş məqsədə (məqsədlərə) nail olmağa im­kan verən göstəricilər sistemi, yəni nəzarət ediləcək kəmiyyət, keyfiyyət və nis­bi göstəricilər müəyyənləşdirilir.

Nəzarət ediləcək göstəricilər üzrə plan tapşırıqlarının müəyyən edilməsi mərhə­lə­sin­də marketinq planla­rına uyğun olaraq hər bir göstərici üzrə əldə edilməsi, nail olunması nəzərdə tutulan məqsəd, tapşırıq və ya standartlar müəyyən edilir. Qarşıya qoyulan məqsədə (məqsədlərə) nail olunması üçün nəzərdə tutulan təd­birlərin (işlərin) həyata keçirilməsində (yerinə yetirilməsində) konkret bir işçi (mə­sələn, məhsul üzrə menecer) və işçi qrupları (məsələn, satış heyəti) iştirak edir. Həm də bu tədbirlərin (işlərin) həyata keçirilməsində (yerinə yetirilməsində) onla­rın səlahiyyətləri və məsuliyyəti müхtəlif olur. Bununla əlaqədar olaraq, marketinq nəzarəti prosesinin məsuliyyətin bölüşdürülməsi mərhələsində qeyd edilən təd­bir­lərin (işlərin) konkret icraçıları, onların səlahiyyətləri və məsuliyyəti müəy­yən­ləş­dirilir. Bu, əldə edilmiş nəticədə hər bir işçinin payını müəyyən etməyə və onun fəaliyyətini qiymətləndirməyə imkan verir.


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin