Şəkil 1. Adamların xarici və daxili davranışına təsir edən amillər (qıcıqlandırıcılar)
P N - konkret məqamda xarici və daxili amillərin təsiri altında adamların psixoloji əhval-ruhiyyəsi;
V P - adamların xarici davranışı.
Bütövlükdə reklam məlumatlarına kompleks qıcıqlandırıcı məlumat sistemi kimi baxmaq olar.
Adamlara çoxlu sayda qıcıqlandırıcı təsir göstərən informasiya daşıyıcıları vardır. Bunlara rəng, təsviredici formalar, təzadlar, ziddiyyətlər, intensivlik (gərginlik) və həcm, reklam vasitəsilə edilən müraciətlərin, yeniklərin dərəcəsi və s. daxildir.
Qıcıqlandıncı reklam nə qədər güclü olarsa, onun diqqəti cəlbetmə və təsir qüvvəsi də bir o qədər güclü olacaqdır.
Beləliklə, reklam daşıyıcısı başqa məlumat növləri ilə rəqabətə girir və adamların əsəb sisteminə daha qüvvətli təsir göstərir.
Rəqabətə daha davamlı olmaq, adamların diqqətini cəlb etmək üçün tərtib edilən reklam lövhəsi, öz cəlbedici cəhətləri ilə onu əhatə edən digər məlumat lövhələrindən seçilməlidir. Reklamda belə qıcıqlandıncı hərəkətlər əsasən plakatları, elanları, kətan üzərində çəkilmiş böyük şəkilləri tərtib edərkən nəzərdə tutulur. Bu zaman orijinal konturların yaxşı seçilməsi üçün parlaq və işıqsaçan boyalardan istifadə olunur.
Belə halda bazarı kifayət qədər malla doldurmaq üçün sahibkarın qarşısında təchizetmə problemləri durur. Bu zaman yalnız malların istehlak dəyəri kifayət qədər olmur. Belə hallarda malların reklam edilməsi vəzifələrinin öhdəsindən gəlmək üçün, malın nüfuzunu qaldırmağa yönəldilən reklamlardan istifadə edilməlidir. Alıcıların diqqəti həmin mallara yönəldilməlidir.
Ağıllı və düşünülmüş reklam heç vaxt nəticəsiz qalmır. Aparılmış müşahidələr və hesablamalar göstərmişdir ki,ABŞ-nın özünə xidmət mağazalarında mal alışının 40%-ə yaxını alıcıların qeyri-adi hərəkətləri (iradələri, təkan və s.) səbəb olmuşdur. Bu onu göstərir ki, bir dəqiqə ondan əvvəl alıcılar mağazaya daxil olarkən həmin malların alınmasını nəzərdə (planda) tutmamışdılar və s. Onda bu qeyri-adi alışın səbəbi nədir?
Bu suala sövqedici (cəlbedici) amillər üzrə aparılan tədqiqatlar cavab verir. Aparılan tədqiqatların başlıca məqsədi, alıcı kütləsinin psixologiyasını açıb göstərməkdir. Bu motivlərin (səbəblərin) onların (alıcıların) davranışını idarə etməsini öyrənməkdən ibarətdir.
Dostları ilə paylaş: |