Icmal-reklam xarakterli maqalələr və digər mətbuat materialları bir qayda olaraq, redaksiya tərəfindən (xarici mətbuatda məlumatların yerləşdirilməsinə daima pullu şəkildə müxtəlif elanları verənlər üstünlük verilir) müəssisənin rəhbəri ilə müsahibə, iş adamları və onların tərəfdaşları haqqında məlumatlar yazılır. Yaxşı olar ki, belə materiallar müxtəlif rəsmlərlə müşayiət edilsin. Çünki belə məqalələr əks halda maraqlı və cəlbedici olmur. Belə mətbuat materiallarının tərtibatında yaxşı olar ki, fırmanın rəmzlərindən geniş istifadə edilsin.
Çap reklamı- tamaşaçı baxımından ən geniş yayılmış reklam vasitələrindən hesab olunur. Ahənginə görə çap reklamı materiallarını iki əsas qrupa: reklam-kataloq (müəyyən siyahı üzrə düzəldilmiş siyahı) nəşriyyatı və yeni il qabağı reklam-hədiyyə nəşriyyatına ayrılır.