Bazar iqtisadi sistemi şəraitində əmtəə- pul münasibətlərinə, dəyər qanununa, bazarın roluna, vəzifələrinə və s məsələlərə olan münasibətlər əsaslı surətdə dəyişir, yeniləşir və bu dəyər kateqoriyaları nəhayət ki



Yüklə 1,27 Mb.
səhifə164/187
tarix09.05.2022
ölçüsü1,27 Mb.
#56920
1   ...   160   161   162   163   164   165   166   167   ...   187
MARKETİNQ MÜHAZİRƏ - копия

Audiovizual-reklam - reklam xarakterli kinofilmlər, videofilmlər və slaydlar daxildir.

Reklam kinofilmlərini reklam roliklərinə, texniki-reklam filmlərin və pristij-reklam filmlərin ayırmaq olar.

Reklam-roliklərə (təkərsiz) - vaxt etibarilə 15 saniyədən bir neçə dəqiqəyə qədər, geniş əhali kütləsinə mallar və xidmətlər haqqında məlumat vermək üçün nümayiş etdirilməsi nəzərdə tutulan reklam fılmləri daxildir. Bunlar kinoteatrlarda və ya telefılmlərdə seansdan əvvəl jurnal qismində göstərilə bilər.

Texniki-veklam filmləri - bu reklam fılmləri, sənaye təyinatlı malların üstünlüyündən, xammal, maşınlar və avadanlıqlardan bəhs edən və xüsusilə mütəxəssislər üçün nəzərdə tutulmaqla 10-20 dəqiqə (bəzən bir az çox) davam edir. Bu filmlərdən, xüsusilə, yarmarkalarda və sərgilərdə, təqdimat mərasimlərində, mətbuat konfranslarında, simpoziumlarda, işgüzar görüşlərdə və s. istifadə edilir.

Nüfuzlu (prestij) reklam filmləri - göstərilməsi 10-20 dəqiqə (bəzən də bir az çox) nəzərdə tutulan bu reklam filmlərində yalnız məhsullar haqqında deyil, ən başlıcası sifarişçi-müəssisə haqqında danışılır. Belə fılmlər müxtəlif məqsədlər üçün nəzərdə tutulmuşdursa, əsasən reklam verənlərin fəaliyyəti və onların nüfuzunu qaldırmaq üçün əlverişli şərait yaratmaq və fikir formalaşdırmaqdan ibarətdir.

Texniki-reklam və nüfuzlu (prestij)-reklam filmləri janr etibarilə elmi-populyar filmlərə yaxındır. Belə tipli reklam filmlərini yaradarkən cizgi filmlərinin, kompüter qrafıkası və əyləncəli kinofılimlərin elementlərindən istifadə edilir. Video reklam filmlərinin təsnifləşdirilməsi kinofılmlərin təsnifləşdirilməsi kimidir.




Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin