Marketinq kompleksinin modifikasiya qiymətin aşağı salınması, təsirli reklamıkn işlənməsi, hədiyyələr, güzəştlər.
IV mərhələ. Tənəzzül mərhələsi.
Əvvəl-axır əmtəə növünün və ya markasının satışı aşağı düşəcəkdir. Satış həm sıfır nöqtəsinədək enə bilər, həmdə aşağı səviyyəyədək düşüb uzun illər ərzində orada qala bilər. Satışın aşağı düşməsi bir sıra səbəblərlə, o cümlədən texnologiyada müvəffəqiyyətlər, istehlakçıların zövqünün dəyişməsi, ölkədaxili və xarici rəqiblər tərəfində rəqabətin kəskinləşməsi ilə izah olunur. Bəzi firmalar bazardan gedir, bəziləri əmtəə çeşidi təkliflərini azalda, bazarın seqmentlərindən və səmərəsiz ticarət kanallarından imtina edə, stimulaşdırmaya vəsait ayırmalarını ixtisar edə bilər.
Üslub və dəbin hökmüranlıq etdiyi bazarlarda özünəməxsus dövrülik müşahidə olunur. Bazar xadimləri bu dövrlərdən baş çıxarmalı və onları praqnozlaşdırmalıdırlar. Fetişlər keçicidir, çünki onlar he ç bir göclü ehtiyacdan yaranmırlar, və ehtiyacı ödəmirlər.
Dostları ilə paylaş: |