III Mərhələ: Xərclərin qiymətləndirilməsi. Firma istehsalın müxtəlif səviyyələrində xərclərin məbləğinin necə dəyişəcətini hesablayır.
IV Mərhələ: Rəqiblərin qiymətlərinin və əmtəələrinin təhlili. Firma öz əmtəəsinin qiymət üzrə yerini müəyyənləşdirdikdə, əsas kimi istifadə etmək üçün rəqiblərin qiymətini öyrənir.
V Mərhələ: Qiymətqoyma metodunun seçilməsi.Firma özü üçün qiymətin əmələ gəlməsinin aşağıdakı metodlarından birini seçir: “orta xərclər+mənfəət” ; zərərsizliyin təhlili və mənfəətin təmin olunması; əmtəənin hiss ediləcək dəyərliliyinə əsasən qiymət qoyulması; qiymətin cari qiymətlərin səviyyəsi əsasında müəyyənləşdirilməsi;