B müəssisəsi
A müəssisəsi
Şəкil 1. Rəqabətqabiliyyətliliyin çохbucаqlısı.
Səmərəli marketinq strategiyası işlənib hazırlandığı vaxt firma, şirkət həm öz rəqiblərini, həm də özünün mövcud və potensial istehlakçılarını nəzərə almalıdır. O daim rəqiblərin təhlili ilə məşğul olmalı və marketinq rəqabəti strategiyaları tərtib etməlidir. Belə marketinq strategiyaları ona rəqiblərə qarşı daha effektli mövqe tutmağı təmin edər və maksimal rəqabət üstünlüyü əldə etməyə imkan verər.
Şirkətlərin və ölkələrin rəqabət qabiliyyətlikləri və onların qiymətləndirilməsi.
Marketinqin məqsədi, funksiyaları və prinsipləri müəssisələrin (firmaların, şirkətlərin konsernlərin və s) fəaliyyətinin daha mötəbər əsaslarla qurulmasını, onların fəaliyyətinin genişləndirilməsini, rəqabət qabiliyyətlərinin artırılmasını, mənfəətlərinin çoxaldılmasını tələb edir. Bütün bunların reallaşdırılması isə qloballaşan dünya iqtisadiyyatında biznesin də genişləndirilməsini – qloballaşdırılmasını nəzərdə tutmalıdır.
Beynəlxalq ticarət-iqtisadi və maliyyə əlaqələri marketinq elminin tədbiqi sahələrindən biridir.
Əvvəla satış, sonra isə istehsal fəaliyyətinin beynəlmiləşdirilməsi əsasən daxili - milli bazarda rəqabətlə əlaqədardır.
Beynəlxalq marketinqə şirkətlərin və ölkələrin rəqabətqabiliyyətlikləri və onların qiymətləndirilməsinə kommunikativ yanaşma gərəkdir (şəkil 2). Beynəlxalq marketinqin şəraitində kommunikativ yanaşma şirkətlərin və ölkələrin rəqabətqabiliyyətlikləri və onların qiymətləndirilməsi ilə əlaqədar bir çox problemlərini və metodlarını izah etməyə, sistemləşdirməyə, həll etməyə və proqnozlaşdırmağa imkan verir.
Amerikanın iqtisadçı - alimi Stenli Pulivodaya görə beynəlxalq marketinq «son istehlakçı kimi alqı və satqı proseslərinə cəlb edilən firmalar arasında yaranan qarşılıqlı münasibətlər şəbəkəsidir». «Daxili marketinq özünə ölkəsi daxilində fəaliyyəti cəlb edir, beynəlxalq marketinq isə xaricdə fəaliyyət növlərini özündə birləşdirir» (Evans və Berman). «Beynəlxalq marketinq – ölkələrarası əmtəə və xidmətlər marketinqidir» (las, F. Katora)
«Beynəlxalq marketinq sadəcə olaraq milli sərhədlərdən keçən marketinqdir» (Berkovisa).
Dostları ilə paylaş: |