Çatdırılma xərclərini öz üzərinə götürməklə qiymət qoyulması. Bu halda, satıcı sifarişlərin daxil olmasını təmin etmək məqsədi ilə əmtəənin çatdırılması xərclərinin bir hissəsini və ya tamlıqla öz üzərinə götürür.
II Yanaşma: Güzəştlər və hesaba alınmaqla qiymət qoyulması. Istehlakçıların bəzi hərəkətlərinə görə mükafatlandırmaq üçün firmaların çoxu öz ilkin qiymətlərini dəyişməyə hazırdır. Belə ki, nəşr olunmuş qiymətlər sorğu xarakteri daşıyır və çox hallarda satıcılar tərəfindən əmtəə satışından xüsusi qiymət güzəştləri sistemi tətbiq olunur. Güzəştlərin miqdarı sövdələşmələrin xarakterindən, göndərmə və ödəmələrin şərtlərindən, müqavilənin bağlandığı anda istehlakçılarla mövcud olan qarşılıqlı münasibətdən və bazarda olan konyukturadan asılı olaraq həyata keçirilir.