Əmtəənin yaradəılması yerində (fob) qiymətinin quyulması. Bu onu göstərir ki, əmtəə maldaşıyana franko-baqon şərti ilə verilir və bundan sonra bu əmtəə üzrə bütün hüquqlar və məsuliyyət istehsalçının yerləşdiyi ərazidən təyinat yerinədək bütün nəqliyyat xərclərini ödəyən sifarişçiyə keçir.
Çatdırılma xərclərini daxil etməklə vahid qiymət qoyulması.Bu halda firma müştərilərin uzaqlığından asılı olmayaraq, eyni bir məbləğdə nəqliyyat xərclərini daxil etməklə vahid qiymət qoyur. Daşınma haqqı nəqliyyat xərclərinin orta məbləğinə bərabərdir