Bazar iqtisadiyyatı


Bazarım əsas fərqləndirici xüsusiyyətləri



Yüklə 21,33 Kb.
səhifə3/4
tarix02.11.2022
ölçüsü21,33 Kb.
#67216
1   2   3   4
Bazarın Səmərəliliyi

Bazarım əsas fərqləndirici xüsusiyyətləri.
Bazar iqtisadiyyatının əsas fərqləndirici xüsusiyyətlərindən biri də azad sahibkarlıq və seçmə azadlığıdır. Bu iki anlayış bir-birilə sıx əlaqədardır və biri digərini şərtləndirir. Belə ki, seçmə azadlığı dedikdə, vətəndaşın istədiyi peşəni seçmək və bunun üçün zəruri təhsil almaq, öz gəlirlərini sərbəst xərcləmək və onların hansı hissəsini istehlaka, hansı hissəsini isə yığıma yönəltmək haqqında sərbəst surətdə qərar qəbul etmək, özünə müstəqil surətdə yaşayış və iş seçmək və s. başa düşülür. Bununla yanaşı, seçmə azadlığı həm də vətəndaş tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmadığı və yaxud sahibkarlıq fəaliyyətinin hansı növü ilə məşğul olmaq haqqında azad surətdə qərar qəbul etməyi və onu həyata keçirməyi özünə daxil edir. Göstərilən baxımdan seçmə azadlığı anlayışı azad sahibkarlıq anlayışından daha genişdir.
Bazar münasibətləri əsasında inkişaf edən bir cəmiyyətdə xüsusi mülkiyyət kimi əməyin nəticələrinə görə yüksək maddi maraq da azad sahibkarlıq fəaliyyəti ilə üzvi vəhdət halında çıxış edir və bir növ onunla müəyyən edilir. Sahibkarlıq fəaliyyəti yalnız çoxsaylı istehlakçıların müxtəlif tələblərinin ödənilməsinə yönəldiyi üçün, nəticədə həm istehsalçıların, həmdə istehlakçıların fərdi marağının ödənməsi vasitəsilə ictimai mənafeyin də reallaşması baş verir.
Bazar şəraitində rəqabət.
Bazarın ən fərqləndirici cəhəti rəqabətdir. Rəqabət dedikdə, iqtisadi cəhətdən azad olan istehsalçılar arasında məhsulların daha əlverişli iatehsalı və satışı şəraitinə nail olmaqla yüksək mənfəət uğrunda aparılan mübarizə, bəhsləşmə başa düşülür. Yalnız əmtəə istehsalının ən yüksək səviyyəyə çatdığı kapitalizm cəmiyyətdə rəqabət, iqtisadi azadlığa əsaslanan təsərrüfat fəaliyyətinin bütün sahələrinə sirayət edərək iqtisadi inkişafın hərəkətverici amilinə çevrilmişdir.
Bazar şəraitində azad rəqabətlə iqtisadi azadlığın əlaqəsi əsasən azad sahibkarlıq vasitəsilə baş verir. Azad rəqabətli iqtisadiyyat istehlakçının hökmran olduğu iqtisadiyyatdır. Belə iqtisadiyyat zamanı yüksək mənfəət qazanmaq mqəsədi ilə istehsalçılar arasında gedən rəqabət məhz istehsalçının tələbinin dolğun ödənilməsi vasitəsilə baş verir. Bu rəqabət istehsalçıları məhsulun keyfiyyətini yüksəltməyə, obun çeşidini yaxşılaşdırmağa, istehsal xərclərini və qiyməti aşağı salmağa və s. sövq edir ki, bu da istehlakçının mənafeyinin daha dolğun ödənilməsinə səbəb olur.

Yüklə 21,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin