Bazar iqtisadiyyatı



Yüklə 21,33 Kb.
səhifə2/4
tarix02.11.2022
ölçüsü21,33 Kb.
#67216
1   2   3   4
Bazarın Səmərəliliyi

Bazarın subyektləri.
Bazar iqtisadiyyatı bazarın subyektləri kimi çıxış edən bütün mülkiyyətçilərin (satıcıların və alıcıların) hüquqları məcmusundan ibarətdir. Burada sahibkarların hüququ kənardan, ən başlıcası isə dövlət tərəfindən heç bir zorakılıq və təzyiq göstərilmədən müəssisənin səmərəli fəaliyyəti üzrə digər təsərrüfatçılarla müxtəlif müqavilə münasibətləri yaratmaq və müstəqil qərarlar qəbul etməkdən, qanuni yolla gəlirlər götürməkdən və s. ibarətdir. İstehlakçılara gəldikdə isə onların özlərinə azad surətdə satıcı seçmək, istədikləri növdə və keyfiyyətdə məhsul əldə etmək hüquqları vardır. Bazar iqtisadiyyatı zəhmətkeşləri fəal iqtisadi fəaliyyətə cəlb edir, onlara sahibkarlıq, maddi maraq, əməyə sağlam münasibət hisləri aşılayır, onlarda qanun və hüquqlara riayət etmək vərdişləri tərbiyə edir.
Bazarın inkişafında və səmərəliliyində dövlətin rolu.
Dövlətin hüququ onun üzərinə qoyulmuş vəzifələri həyata keçirmək üçün müəyyən miqdarda müəssisələr saxlamaqda, mövcud vergi sistemini həyata keçirməkdə və gəlirlər götürməkdə, ölkənin müdafiə qabiliyyətini və təhlükəsizliyini qoruyub saxlamaqda, cəmiyyətin bütün üzvlərinin mənafeyinə xidmət edən vahid sosial, elmi-texniki və ekoloji siyasətin həyata keçirilməsində, xüsusi mülkiyyəti və rəqabət mühitini qoruyub saxlamaqda, bağlanmış kontaktların təminatçısı olmaqda və s. öz əksini tapır. Bazar iqtisadiyyatının yuxuda qeyd edilmiş bu xüsusiyyətlərindən və müsbət cəhətlərindən çıxış edərək Azərbaycan dövləti müasir sosial yönümlü açıq bazar iqtisadiyyatı qurmaq yolunu əsas götürdü.
Respublikada bazara keçid məqsədi ilə aparılan iqtisadi islahatlar üçün aşağıdakı ümumi istiqamətlər səciyyəvidir.:
- iqtisadiyyatın bütün sahələrində mülkiyyət münasibətlərinin yenidən qurulması, iqtisadiyyatın inhisarlaşdırılması və rəqabət mühitinin yaradılması;
- bazar infrastrukturunun formalaşdırılması;
-kiçik və orta sahibkarlığın inkişafı;
-iqtisadiyyatın liberallaşdırılması;
-əhalinin sosial müdafiəsi və işsizliyin tənzimlənməsi;
-antiinflyasiya və milli valyutanın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi.
Bundan əlavə demək olar ki, bütün ölkələrdə islahatların normativ hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi, habelə sosial-iqtisadi proseslərin tənzimlənməsi üzrə müvafiq tədbirlər həyata keçirir.
Bazar iqtisadiyyatına keçid dövründə olan ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatı bir sıra çatışmazlıqlarla və çətinliklərlə səciyyələnir:
-ümumi daxili məhsulun strukturunda istehsal sahələrinin payı azalmış, xidmətlərin payı isə yüksəldilmişdir;
- ölkələrdə çoxsaylı sahibkarlıq strukturlarının yaranmasına baxmayaraq, bu hələ ki, istehsalın həcminin əsaslı surətdə artırılması və bu sahədə iri struktur dəyişiklikləri ilə nəticələnməmişdir;
-xüsusilə iqtisadiyyatın elmtutumlu və yüksək texnoloji sahələrində böhranlı məqamlar daha çox hiss olunur ki, bu da ölkənin illərdən bəri toplamış olduğu elmi-texniki potensialı itirmək təhlükəsi yaradır;
-iqtisadi islahatlar sayəsində dünya iqtisadiyyatına inteqrasiyası edilmiş və nəticədə ölkəyə külli miqdarda xarici kapital cəlb olunmuşsa da, qeyri-neft sektorunda, onların payını qənaətbəxş hesab etmək olmaz. Nəticədə xarici kapitalla bağlı olan istehsal sahələrinin inkişafı ləngiyir;
-bank sferasında sərt büdcə məhdudiyyətləri hökm sürür ki, bu da bütün investisiyaların tərkibində qısamüddətli kapital qoyuluşlarının yüksək payı ilə nəticələnir.
Bazar iqtisadiyyatı yalnız o zaman öz yüksək sosial-iqtisadi səmərəliliyini göstərə və dünya sistemində ölkənin mövqeyini möhkəmləndirə bilir ki, ölkədə işgüzar fəaliyyətə- sahibkarlığa imkan verən normal sabit iqtisadi-hüquqi şərait hökm sürsün və iqtisadiyyatın bütün subyektləri isə bu şəraitdən doğan qaydalara əməl etsinlər.
Dünya ölkələrinin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət digər müsbət cəhətlərlə yanaşı istehsal vasitələrindən səmərəli istifadəyə imkan verən əsas mülkiyyət formasıdır. Xüsusi mülkiyyətin hökümranlığı şəraitində bütövlükdə cəmiyyətin malik olduğu istehsal vasitələrinin hamısı və ya əksər hissəsi bir-birindən asılı olmayan azad insanlar arasında bölüşdürülür və onalrın nəzarəti altında fəaliyyət göstərir.

Yüklə 21,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin