Bazar iqtisadiyyatı


Bazarın səmərəli fəaliyyəti



Yüklə 21,33 Kb.
səhifə4/4
tarix02.11.2022
ölçüsü21,33 Kb.
#67216
1   2   3   4
Bazarın Səmərəliliyi

Bazarın səmərəli fəaliyyəti.
Azərbaycanda iqtisadiyyatın yenidən qurulması, onun inkişaf etdirilməsi yüksək səmərəli bazar təsərrüfatının qurulması ilə əlaqələndirilir. Eyni zamanda əvvəllər yaradılmış, ümumiləşdirilmiş və sənayeləşmiş iqtisadiyyatın yüksək səviyyəsini qoruyub saxlamaq və artırmaq zəruridir.
Aparılan iqtisadi ekskurs Azərbaycanda islahatların gedişində reallaşan "bazara keçid" məsələsinin daha da dərindən dərk edilməsinə imkan verir. Təsərrüfatçılığın yeni formasını yaradarkən, müvəffəqiyyətin əsas göstəricisinin nə olduğunu bilmək lazımdır. Yeni təsərrüfat mexanizminin mükəmməlliyini qiymətləndirərkən meyarları müəyyən etmək lazımdır. Belə meyar "giriş" və "çıxış" bazar subsisteminin müqayisə əsasında təkrar istehsal sisteminin çərçivəsində çıxarıla bilər. Bazrın təkmilləşdirilməsinin başlıca komponenti kimi giriş-çıxış müqayisə edən elm, istehsal və istehlak çıxış edir və həmçinin bu sistemdə səmərəliliyin yaradılmasına geniş yer verilir. Bu əsasda nəzərə almaq lazımdır ki, səmərəliliyi yaradan əsas yer kimi istehsalda olan dəyişikliklərdir.
Təsərrüfatçılığın bazar mexanizminin fəaliyyəti onunla xarakterizə olunur ki, orada istehsal istehlak üçün olsun və konkret ölkənin əldə etdiyi uğurlar digər sosial istiqamətlərə yönəldirlsin.
İqtisadi inkişafın məqsədləri kimi inkişaf səviyyələrinə baxmaq olar:
-elmi potensial informasiya bazası;
-əmək fəaliyyətinin əsaslandırılması mexanizmi;
-texnika və texnologiyalar;
-energetika və xammal bazası;
-təşkilati, mədəni mühit və başqaları.
Müxtəlif ölkələrin müxtəlif dövrdə həyata keçirdiyi məqsədlərin çoxnövlüyünə baxmayaraq, dövlətin iqtisadi siyasətində başlıca rolu iqtisadiyyatın səmərəlilik göstəriciləri durur və duracaqdır.
Bunu xüsusi olaraq müasir Azərbaycanda nəzərə almaq zəruridir.
Bazarın səmərəli fəaliyyətinin şərtlərinə aşağıdakıları aid etmək olar:
-böyük və müntəzəm təklif;
-təsərrüfat fəaliyyətinin iştirakçılarının məhdud olmayan miqdarı;
-istehsal amillərinin yüksək səfərbərliyi;
-alıcılar və satıcılar arasında rəqabət;
-rəqabət iştirakçıları arasında informasiyanın tam həcminin mövcudluğu.
Kifayət qədər azad, amma dövlət tərəfindən yaradılmış, xalqın maraqlarına uyğun olaraq təşkil olunmuş üç əsas baxs amilinin- tələb, təklif və qiyməti təmin etməyə imkan verən, vacib iqtisadi meydanın zəruriliyini xüsusi qeyd etmək lazımdır. Bu güclü rəqabətin və antiinhisar mexanizminin olmasından xəbər verir ki, bunun da köməyi ilə tələb və təklifin qiymətdən normal xarakterik asılılığı təmin edilir.
Tələb.
Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur.
Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Doğrudan da, yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir.
Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər. Məsələn, qiymətin düşməsi istehlakçı üçün sərvətin alıcılıq qabiliyyətinin artımına bərabərdir. Bu sərvət effektidir. Əvəz etmə effekti isə bildirir ki, istehlakçı alternativlərindən daha ucuz məhsula keçəcək. Misal üçün bir birini əvəz edə bilən alma və portağal şirələri. Əgər alma şirəsinin qiyməti aşağı düşərsə, istehlakçi portağaldan daha çox alma şirəsini alacaq, yəni ki ona tələb artacaq. Mikroiqtisadi təhlildə sərvət və əvəz etmə effektləri riyazi şəkildə Slutski düsturu ilə ifadə olunur.
Tələbə təsir edən qiymət və qeyri-qiymət amilləri vardir. Qiymət amilinin təsiri tələb əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə tələb miqdarı azalır, qiymət aşağı düşdükcə tələb miqdarı artır. Qeyri-qiymət amilləri isə tələb əyrisinin artımına ( tələb əyrisinin sağa sürüşməsinə) və azalmasına (tələb əyrisinin sola sürüşməsinə) səbəb olur. Bunlar aşağıdakılardır:
-Alıcıların sayı. Bazara yeni alıcıların daxil olması və ya alıcıların sayının artması tələbin artmasına səbəb olur və əksinə alıcıların sayının azalması tələbin azalmasına səbəb olur.
Əvəzləyici əmtəələrin qiyməti. -Əvəzləyici əmtəələr adında göründüyü kimi bir-birini qarşılıqlı əvəz edəbilən əmtəələrdir. Əvəzləyici əmtəənin qiymətinin artması digər əmtəənin tələbini artırar və ya əksinə.
-Tamamlayıcı əmtəələrin qiyməti. Tamamlayıcı əmtəələrdə bir-birinin qarşılıqlı olaraq tamamlayan əmtəələrdir. Məsələn benzin və avtomobil. Bu əmtəələrdən birinin qiymətinin məsələn benzinin artması avtomobil tələbinin azalmasına səbəb olar. Çünki avtomobil alan satıcı onun tamamlayıcısının qiymətinin artması səbəbindən daha çox xərc çəkəcəyini bilir. Nəticə olaraq tamamlayıcı əmtəənin qiymətinin artması digər əmtəənin tələbini azaldar və ya əksinə.
-Alıcıların zövqləri.Tələbə təsir edən ən aşkar amil zövq amilidir. Əgər siz dondurma xoşlayırsınızsa təbii ki ondan daha çox miqdarda alacaqsınız.
-Alıcıların gəliri. Alıcının gəlirinin bəzi əmtəələrin tələbini artırır, bəzi əmtəələrin isə tələbini azaldır. Əgər alıcının gəliri artdıqda əmtəəyə olan tələb artırsa bu əmtəə normal əmtəədir. Alıcının gəliri artdıqca əmtəəyə olan tələbi azalırsa bu əmtəə isə keyfiyyətsiz əmtəədir. Nəticə olaraq normal əmtəələrin tələbi alıcının gəliri ilə düz, keyfiyyətsiz əmtəələrin tələbi isə alıcının gəliri ilə tərs mütənasibdir.
-Gözləmələr. Sizin gələcəklə bağlı təxminləriniz müəyyən əmtəəyə və ya xidmətə olan bugünkü tələbinizə təsir edə bilər.
Təklif.
Təklif istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklif əyrisi – qiymət ilə təklifin həcmi(miqdarı) arasındakı münasibəti göstərən əyridir. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda , qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir.
Təlklifə təsir edən qiymət və qeyri-qiymət amilləri vardir. Qiymət amilinin təsiri təklif əyrisi üzərində hərəkətə səbəb olur. Qiymət yüksəldikcə təklif miqdarı artır, qiymət aşağı düşdükcə təklif miqdarı azalır. Qeyri-qiymət amilləri isə təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb olur. Bunlar aşağıdakılardır:
-Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır.
-Texnologiya. Texnologiyada yeniliklər istehsalı daha səmərəli edə və xərcləri azalda bilər.
Vergilər və dotasiyalar. Çoxlu şirkətlər vergilərə istehsalın xərcinə kimi yanaşırlar. Ona görə də satış və ya əmlak vergilərin artımı təklifə mənfi təsir göstərə bilər. Dotasiya (yəni ki məhsulun istehsalçısına dövlətdən maddi yardım) isə əksinə, xərcləri azaldır, və təklif artır.
-Digər məhsulların qiymətləri. Bu bir-birini əvəz edə bilən məhsulların təklifi üçün aiddir. Məsələn, əgər buğdanın qiyməti artır, onda istehsalçı qarğıdalıdan buğdanı yetişdirməyə keçir. Deməli, buğdanın təklifi artır, qarğıdalının isə düşür.
-Gözləmələr. Gözləmələrin təsiri müxtəlif ola bilər. Misal üçün, buğda fermerləri gələcəkdə buğda qiymətinin artımını gözləsə, öz məhsulunu satışdan saxlaya bilərlər, və təklif düşür. O biri tərəfdən isə, emaledici sənayedə cari istehsal yüksələ bilər, əgər xammalın qiymətlərinin artımı gözlənilir.
-Satıcıların sayı. Bazara daxil olan yeni istehsalçılar təklifin artmasına səbəb olurlar.
Yüklə 21,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin