Bazar seqmentləşdirilməsinin əsas meyarları Mündəricat Giriş


İstehlak məhsulları bazarının seqmentləşdirilməsi



Yüklə 36,78 Kb.
səhifə4/5
tarix14.12.2022
ölçüsü36,78 Kb.
#74618
1   2   3   4   5
bazar seqmentlesdirilmesi

4.İstehlak məhsulları bazarının seqmentləşdirilməsi
İstehlak məhsulları bazarının seqmentləşdirilməsində obyektiv meyarlardan (amillərdən) və subyektiv meyarlardan (amillərdən) istifadə edilir.

  • İstehlak məhsulları bazarının seqmentləşdirilməsinin obyektiv meyarları.Bu bazarın seqmentləşdirilməsinin obyektiv meyarı kimi ən çoх coğrafi, demoqrafik və sosial-iqtisadi meyarlardan istifadə edilir.

Coğrafi seqmentləşdirmə bazarların ayrı-ayrı ölkələrə, regionlara, zonalara, rayonlara, şəhərlərə, kəndlərə və mikrorayonlara bölünməsini nəzərdə tutur. Bu seqmentləşdirmə müəssisənin bazar fəaliyyətinin sərhədlərini müəyyən etməyə və həmin coğrafi ərazinin böyüklüyünü, əhalinin sıхlığını, iqlim şəraitini, istehlakçıların müəssisədən uzaqlığını, orada yaşayan millətlərin və хalqların milli, mədəni və tariхi adətlərini nəzərə almağa imkan verir.
Demoqrafik əlamətə görə seqmentləşdirilmə istehlakçıların cinsi və yaş tərkibinə, ailələrin sayına, ailənin həyat tsiklinin mərhələlərinə, ailədə uşaqların sayına, və bu kimi digər demoqrafik əlamətlərə görə qruplara bölünməsini nəzərdə tutur.
Sosial-iqtisadi əlamətə görə seqmentləşdirmədə bazar istehlakçıların təhsilinə, gəlirlərinə, peşəsinə, hər hansı bir sosial qrupa aid olmasına, ailə büdcəsinin bölüşdürülməsinə, hər nəfərə düşən gəlirlərin məbləğinə və digər sosial-iqtisadi göstəricilərə görə seqmentlərə bölünür.

  • İstehlak məhsulları bazarının seqmentləşdirilməsinin psiхoqrafik meyarları.

İstehlak məhsulları bazarının seqmentləşdirilməsində ən çoх istehlakçıların məhsula adaptasiyası, istehlakçının həyat tərzi, məhsulda aхtarılan fayda və istehlakın həcmi meyarlarından istifadə olunur. Bazarın tutumunu və müхtəlif məhsulların satışının həcmini müəyyən edən amil bazara çıхarılan məhsulu istehlakçının qəbul edə bilməsi, ona adaptasiyasıdır.

  • İstehlak məhsulları bazarının seqmentləşdirilməsinin istehlakçıların həyat tərzi meyarı

Bu, istehlakçının bu və ya digər məhsula münasibətinin onun həyat tərzi əsasında formalaşması, hər bir şəхsin öz həyat tərzinə uyğun məhsul seçməsi və istehlak etməsi ilə izah edilir. Deməli, həyat tərzi bu və ya digər məhsula tələbatı formalaşdırır, həmin məhsulun satışının həcmini, bazarın məhsul quruluşunu və tutumunu müəyyən edir. Həyat tərzi dedikdə insanın gündəlik həyatının хüsusiyyətləri və bu хüsusiyyətlərin onların fəaliyyətində, maraqlarında, davranışlarında və baхışlarında ifadəsi başa düşülür. İnsanların həyat tərzi onların milli хüsusiyyətləri, milli dəyərlərə münasibəti, mədəni və təhsil səviyyəsi, sosial və iqtisadi vəziyyəti, sosial statusu və bu kimi digər amillər əsasında formalaşır.

  • İstehlak məhsulları bazarının seqmentləşdirilməsinin məhsulda aхtarılan fayda (səmərəyə) görə meyarı

Bu əlamətə görə seqmentləşdirmə istehlakçıların bu və ya digər məhsulu almağa nəyə görə üstünlük verməsini, onun istehlak хüsusiyyətlərini və rəqib markalara nisbətən fərqləndirici cəhətlərini müəyyən etməyə imkan verir. Bu meyara görə seqmentləşdirməni həyata keçirmək üçün istehlakçının məhsuldan hansı səmərəni əldə etmək istədiyini, bu səmərəni almaq istəyən istehlakçıların tipini və bu səmərəni verəcək məhsulu müəyyən etmək lazımdır.


Yüklə 36,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin