B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə37/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   33   34   35   36   37   38   39   40   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Statistika üsulu. Üsul quyu hasilatının enmə əyrilərinin tədqiqinə əsaslanır. Bu halda hasilat əyrilərinin müvafiq işlənilməsi, həmin yataqdan gələcəkdə hasil edilə biləcək neftin proqnoz miqdarını əvvəlcədən hesablamaq mümkün olur. Hazırda həmin əyrilərin aşağıdakı əsas növlərindən istifadə olunur:
1. Quyuların (quyu qruplarının) və yaxud ümumi yatağın hasilatının zamandan asılı olaraq enmə əyriləri (istismarın əvvəli və son mərhələsində).
2. Quyuların istismarının əvvəlində və sonunda ölçülmüş gündəlik neft hasilatları arasında asılılığı göstərən məhsuldarlığın ehtimal əyriləri.
3. Toplanmış (kumulyativ) hasilat əyriləri.
Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, müasir dövrdə yataqların çıxarılabilən neft ehtiyatlarını müəyyən edən universal metodika mövcud deyil. Belə ki, baxdığımız hər bir metodikanın müəyyən üstünlüklərinin olması ilə yanaşı, bəzi qüsurları da vardır. Onu da qeyd edək ki, həmin üsullardan yalnız yataqlarda müvafiq şəraitin olduğu halda istifadə edilə bilər.
Dinamik üsulu. Uzun müddət işlənilən neft yataqlarının geoloji-mədən məlumatlarının təhlilindən məlum olur ki, çıxarılabilən neft ehtiyatlarının hesablanmış qiymətlərinin etibarlılıq dərəcələri yüksək deyildir. Belə ki, əgər bir qrup yataqların çıxarılabilən ehtiyatlarının tam realizəsi şəraitində onlardan müxtəlif miqdarda neft hasil edilirsə, digərlərində bu göstəricinin qiyməti o qədər böyükdür ki, onun uzaq gələcəkdə belə realizə olunacağı şübhə doğurur. Yuxarıda qeyd edildiyi kimi, göstərilən vəziyyət mövcud hesablama üsullarının bəzi çatışmamazlığı üzündən baş vermişdir. Lakin, burada iki prinsipial qoyuluş daha əhəmiyyətli rol oynamışdır.
1.Neft hasilatının proqnozlaşdırılması məqsədi ilə əyrilərin approksimasiyası üçün təhlilə cəlb olunan illik məlumatlar yalnız işlənilmənin III və IV mərhələlərini əks etdirir. Məsələnin belə qoyuluşunda işlənilmənin ən məhsuldar ilk dövrlərinin (I+II mərhələləri) göstəriciləri nəzərə alınmır.
2. Yataqların illik neft hasilatı əyrilərinin approksimasiyası üçün tətbiq olunan bütün üsullar ən kiçik kvadratlar üsulunun tətbiqinə istinad edir. Bu üsula görə isə yatağın faktiki işlənilmə dövrünün 20%-dən artıq müddətə proqnoz edilməsi düzgün sayılmır. Lakin, Azərbaycanın bəzi yataqlarında neftçıxarma prosesinin müddətinin son dərəcə böyük olması, proqnozların 20%-dən daha çox dövrləri üçün aparılmasına gətirdiyindən, çıxarılabilən neft ehtiyatlarının həcminin təyinində xətalara yol verilmişdir.
Azərbaycanın uzun müddət istismar olunan yataqlarında neftin çıxarılabilən ehtiyatlarının dəqiqləşdirilməsinin zəruriliyini nəzərə alaraq, Xabbert əyrilər sinfinin tətbiqinə və evolyusiyon modelləşdirilməsinə əsaslanmış yeni metodika hazırlanmışdır (B.Ə.Bağırov və b., 1995). Bu modellərin tətbiqi yataqların işlənilməsi prosesində neft hasilatının müəyyən qanunauyğunluqlarla dəyişiliklərə məruz qalmasına əsaslanır.
Ümumiyyətlə, yataqların neftçıxarma dinamikasının ümumi forması əsasən şəkil II.29-da olduğu kimidir. Onda yuxarıda qeyd edilən zaman sırasında neft hasilatının dəyişilməsində müşahidə olunan tendensiyanı təsvir etmək üçün eksponensial artım əyrilərindən istifadə olunur. Bu əyrilərin asimptotunun fiziki mənası neftin çıxarılabilən ehtiyatının kəmiyyyət qiyməti hesab edilir.

Şəkil II.29. Neft yataqlarının işlənilməsinin xarakterik mərhələləri (M.M.İvanovaya görə)

Eksponensial artım əyrilər sinfinin növləri kifayət qədər çoxdur və bura həmçinin S- formalı əyrilər də aid edilir: Qompers-Meykem, loqistik, modifikasiyalaşdırılmış eksponent əyriləri (Əlavələr).


Ilk dəfə olaraq neft geologiyası sahəsində bu əyrilər sinfindən neft-qaz hövzələrinin ehtiyat və resurslarının proqnoz qiymətləndirilməsi M.K.Xabbert tərəfindən həyata keçirilmişdir. Ona görə də ədəbiyyatda bunlar Xabbert və ya mənimsənilmə əyriləri adlanır.
Bu modellərdən istifadə edərək işlənilmədə olan yataqların çıxarılabilən neft ehtiyatlarının həcminin hesablanması mümkündür.
Göstərilən tip əyrilərin tətbiqinin əsas mahiyyəti yataqların işlənilməsinin keçmiş dövrlərinə istinad etməklə, gələcək illərdə əldə edilə biləcək neftin miqdarının proqnoz edilməsindədir.
Bunun etibarlı həlli isə əyrilərin tipinin seçilməsindən əsaslı surətdə asılıdır. Təcrübələr göstərir ki, bu məqsədlə Qompers-Meykem əyriləri daha çevikdir və onların tətbiq nəticələri yaraqların qalıq çıxarılabilən ehtiyatlarının etibarlı təyinini təmin edir.
Təklif olunan dinamik modelləri Azərbaycanın xeyli sayda neft yataqlarında tətbiq olunmuş, alınan nəticələr isə neftçıxarma məsələlərinin həllində bilabasitə istifadə edilmişdir.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin