B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


) Layların neftverimini artıran (LNA) üsullar



Yüklə 10,22 Mb.
səhifə46/90
tarix26.10.2023
ölçüsü10,22 Mb.
#161824
1   ...   42   43   44   45   46   47   48   49   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

2) Layların neftverimini artıran (LNA) üsullar.
Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi şəraitdə (layların yüksək qeyribircinsliliyi, süxurların keçiriciliyinin zəif olması, neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm2-dan kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.III.7.). Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar verilmişdir (bu istiqamətlə tələbələr xüsusi fənnin tədrisində ətraflı tanış olurlar).
Fiziki-kimyəvi təsir üsulları.
Layların neftverimini artıran fiziki-kimyəvi üsullara səthi aktiv maddələr (SAM), polimer, qələvi, mitselyar məhlullar, köpük və onların kombinasiyaları aiddir (M.L.Surquçov, 1985).
Səthi aktiv maddələrlə təsir üsulu.
Neftçıxarma prosesində laya vurulan suya səthi aktiv maddələrin əlavə edilməsi neft-su sərhədində səthi gərilməni azaldır. Nəticədə neftin lay şəraitində hərəkəti aktivləşir və sıxışdırmanın yaxşılaşması üçün əlverişli şərait yaranır. Bundan əlavə bu zaman süxurların islanması da yaxşılaşır: su məsamələrə hopur və neftin hərəkətini asanlaşdırır, sıxışdırılma əmsalı artır. Səthi aktiv maddələrin hətta cüzi miqdarda vurulan suya əlavə edilməsi bu prosesi aktivləşdirir.
Bu üsulun effektli tətbiqi qeyribircinsli kollektorların qalınlığı 3-12 m qədər, süxurların keçiriciliyi 0,03-0,04 mkm2, lay temperaturu 700C qədər, neftlədoyma əmsalı 50%-dən çox və lay sularının duzluluğu 20 mq/l.
Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 göstərmək olar. Neft yataqlarının istismarından alınmış məlumatlar göstərir ki, laylara suvurma prosesində əlavə olunmuş səthi aktiv maddələr onların neftin yuyulma xassəsini yaxşılaşdırır və son neftvermə əmsalını 3%-ə qədər artırılmasını təmin edir.


Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin