Bədii mətnin təhlil aspektləri



Yüklə 55,59 Kb.
səhifə5/11
tarix04.01.2022
ölçüsü55,59 Kb.
#50997
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   10   11
New Microsoft Word Document

Şişirtmə və kiçiltmə (hiperbola və litota) – epitetin şeir dilində daha çox işlənən məna növləridir. Məsələn, klassik poeziyada sevgilinin saçları adətən qaranlığa bənzədilir. Bu tipik şişirtmədir. Və ya sevgi iztirablarından qanlı göz yaşları axıdılması obraz kimi tez-tez işlədilir. Aydındır ki, gözdən qan gəlmir. Adi yaş gəlir. Lakin bu yaşın qanlı adlandırılması şişirtmədir. Klassik şeirdə yaxşı döyüşçü adətən şirə bənzədilir və bu da şişirtmədir. Şişirtmənin sinonimi kimi mübaliğə termini də işlənir.

Klassik ədəbiyyatda işlənən tipik kiçiltmə isə ayaq tozu obrazıdır. Aşiq sevgilini bədii səkildə böyütmək üçün özünü kiçildir, sevgilinin ayağının tozuna və ya qapısının itinə bənzədir. Danışıq dilində də kiçiltmələrdən istifadə olunur: “soyuqdan cücəyə dönüb” və ya “qocalıb yumağa dönüb” ifadələri də kiçiltməyə misal ola bilər.



İstiarə (metonimiya) – məcazı söz birləşməsi kimi yaradılan anlayışların ixtisarla işlənən formasıdır. İstiarədə məcazi söz birləşməsindəki iki, üç və s. sözdən ibarət söz sırasının təyin olunan tərəfi ixtisara düşür. Ancaq təyin edən bir, bəzən isə iki söz qalaraq bütün birləşmənin mənasını verir. Məsələn: "Bir dəfə yüksələn bayraq bir daha enməz." Buradakı bayraq sözü istiarədir, yəni “yaranıb bayraq yüksəldən dövlət” ifadəsinin (fikrinin) qısa formasıdır. Dahi M.Ə.Rəsulzadə bu ifadə ilə demək istəyir ki, bir dəfə dövlət yaradıb bayraq qaldıran xalq dövlət olmaq arzusundan heç vaxt əl çəkməz.

İstiarə şeir dilində işlənən məcazdır. Burada sözlərin bir hissəsinin ixtisara düşməsi lakonizmə, az sözlə çox fikir ifadəsinə xidmət edir. Şeirdə misraların uzunluğu sabit olduğundan onların içində hər cür fikrin ifadəsinə nail olmaq şeir dili üçün həmişə problemdir. Çox zaman bir söz şəklində qalan istiarə-obraz qısa sətirlərdə həm fikri yığcam ifadə etməyə, həm də qafiyə yaratmağa şərait yaradır. Məsələn, Mirzə Ələkbər Cabirin bir beytinə diqqət edək:



Dindirir əsr bizi – dinməyiriz,
Atılan toplara diksinməyiriz.

Burada iki istiarə işlənib. Birinci “yeni inqilablar əsri” ifadəsinin qısa şəkli olan əsr sözüdür. İkinci isə “atılan inqilab topları” ifadəsinin qısa şəkli olan “Atılan toplar” ifadəsidir. Sabir demək istəyir ki, inqilablar əsri bizi dindirib hərəkət və fəaliyyətə çağırır, lakin biz o dərəcədə cəhalət yuxusundayıq ki, xalqları diksindirən inqilab toplarının gurultusundan heç olmasa diksinmirik də.




Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin