Bədii mətnin təhlil aspektləri



Yüklə 55,59 Kb.
səhifə9/11
tarix04.01.2022
ölçüsü55,59 Kb.
#50997
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   10   11
New Microsoft Word Document

Bədii xitab – dialoqda və şeirdə bədii effekt yaratmaq üçün istifadə edilir və sintaktik zərurət nəticəsi kimi deyil, oxucuya təsir üçün işlədilir. Məsələn, Ələkbər Cabir satqın Məmədəli şahin hakimiyyətini qorumaq üçün İranı xarici ağalara təslim etməsini mənalı bədii xitablar vasitəsi ilə tənqid edir:

Qəsri-Şirin, əsəri-Key satıram!
Ay alan!.. məmləkəti Rey satıram!

Təkrir – şeirdə və replikada eyni ya qafiyə sözlərin məntiqi vurğuyaratmaq və ya emosional təsiri artırmaq üçün təkrar edilməsidir. Təkririn adi qafiyədən fərqi onun müəyyən məntiqi ya da emosional vurğu yaratmasıdır. Təkrirdə həmişə ritorika ünsürü olur, çünki o, çox halda hərbi marşlarda, döyüşçülərin tərənnümündə, mədhiyyələrdə, ya da mərsiyələrdə işlənərək təntənəli ovqat yaratmağa xidmət edir. Belə təkrarlar söz və söz birləşməsi şəklində də ola bilir:

Dur, ağlama, sil gözlərinin yaşını, tap can
Üsyan yarat, üsyan yarat, üsyan yarat üsyan!
Zəncirləri qırmaq o böyük haqq yolu tapmaq,
Üsyanladır, üsyanladır, üsyanladır ancaq!
                                                  (C. Rüstəm)

Burada “üsyan yarat” təkriri söz birləşməsi şəklindədir, “üsyanladır” variantı isə söz şəklindədir. Təkrirlər bəzən bir sətirdə yox, bir neçə misrada ardıcıl gələrək bir-birini izləyir: misraların əvvəlində gələn təkrirlər anafora, sonunda gələn təkrir isə epifora adlanır.



Alqış o boyasız rəngsiz üzünə,
Alqış o hiyləsiz təmiz üzünə!
Alqış əmdiyimiz halal südünə!
                              (C. Vurğun)

Əhli-İranda, pah oğlan, yenə hümmət görünür!
Yenə hər guşədə bir tazə cəmaət görünür!
Baxasan hər tərəfə – cünbüşü qeyrət görünür!
                                                    (M.Ə.Sabir)


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin