Bədii mətnin təhlil aspektləri


Ritorik sual və ritorik nida



Yüklə 55,59 Kb.
səhifə8/11
tarix04.01.2022
ölçüsü55,59 Kb.
#50997
növüKompozisiya
1   2   3   4   5   6   7   8   9   10   11
New Microsoft Word Document

Ritorik sual və ritorik nida – şeir dilində özündən sonra gələn sözlərə vurğu salmaq, onlara diqqəti xüsusi cəlb etmək üçün istifadə olunur. Ritorik sözü də onların adında ritorik effektə nail olmaq niyyətini əks etdirir. Ritorik sual əslində mənaca suala ehtiyac olmadığı yerdə oxucunun və dinləyicinin diqqətini toplamaq üçün verilir. Məsələn, Ələkbər Sabirİran şahı Məmmədəlinin xaricə qaçandan sonra səyahət adı ilə İrana hakimiyyətə qayıtmaq iddiasından bədii suallardan istifadə yolu ilə danışır:

Bircə Rusiyyə bilir Məmdəlinin məqsədini,
Ki, bu fikrindən onun halı nə, iqbalı nədir?
Yenə İranə onu şah edəcəklər deyəsən,
Gər bu şah olsa, yazıq millətin əhvalı nədir?

Buradakı sual cümlələri əslində məntiqi vurğu rolunu oynayır və oxucunun İranda real dövlət çevrilişi hazırlanmasına inanmasına nail olmaq məqsədi güdür, sətirlərin təsirini artırmağa xidmət edir. Ritorik nida da misrada mənanı qüvvətləndirən vasitədir:



Ayılmayın ölüncə lənətdən ay can!..ay can!..
Düşdü bütün qəzetlər hörmətdən, ay can, ay can!..
                                                        (M.Ə.Sabir)

Poetik pauza da misralarda mənanı gücləndirmək, müəyyən fikir çalarlarını vurğulandırmaq niyyəti daşıyır. Pauza adətən misralarda sözdən sonra nida və sual işarəsi, nöqtə, vergül və ya üç nöqtə qoymaq, sətri bir neçə cümləyə bölmək şəklində edilir. Məsələn:



Ax!.. Ax!.. Ay keçən günlərim! Vay mənə!
Hər evdən gələrdi neçə pay mənə.
                                            (M.Ə.Sabir)

Verib hər kəsə dərsi-ibrət gəlir,
Qaç, oğlan! Qaç at basdı! Mİllət gəlir!
                                         (M.Ə.Sabir)


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin