BəRDƏliləR


Əsdi səmum yeli, yandı məmləkət



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə48/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   44   45   46   47   48   49   50   51   ...   542
Əsdi səmum yeli, yandı məmləkət, 

Siz ey qəbilələr, ey böyük xalqlar

Alışdım, odlandım mən də sizin tək. 

 

(Rus dilindən tərcümə A.Nuriyevindir)  

 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Kalankaytuklu öz ölkəsini 



sevən bir tarixçi idi. Onun yazılarında Alban torpağının qüdrəti, onun 

gözəllikləri, yerüstü və yeraltı zənginlikləri, xalqın məşğuliyyəti, təsərrü-

fat həyatı, elmi, mədəniyyəti, yazısı, o dövrün dini və digər məsələləri çox 

yaxşı təsvir edilmişdir. Müəllif bu əsərdə Albaniyada cərəyan edən tarixi 

hadisələri – siyasi, iqtisadi və diplomatik məsələləri yüksək vətəndaşlıq 

hissi ilə qələmə almışdır. 

Onun ölkə hadisələrini xronoloji ardıcıllıqla verməsindən aydın 

olur ki, görkəmli tarixçi VII əsrin 90-cı illərində  vəfat etmişdir. Onun 

“Alban tarixi” adlı əsərini özündən min üç yüz il sonra yaşamış həmvə-

tənlərinə olan böyük bir töhfə adlandırmaq olar. 

Yeri gəlmişkən qeyd etməliyik ki, əsərə sonradan üçüncü kitab da 

əlavə edilmişdir. Mütəxəssislərin fikrincə onu tamamlayan, bitkin və bü-

töv hala gətirən tarixçi özündən iki əsr sonra yaşamış Moisey Dasxo-

ranski olmuşdur.  Şübhəsiz, tarixçilərimiz, arxeoloq və etnoqraflarımız 

Kalankaytuk dühasından yaranan bu əsəri daim öyrənir, onun xalqımıza 

səmərə verən qaranlıq səhifələrini işıqlandırmağa can atırlar. 

 

Nuriyev A.  

“Kommunizm yolu” – 1986 – 27 may 




 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin