136
ƏFƏNDİYEV FİKRƏT
ŞƏRİF OĞLU
Əfəndiyev Fikrət Şərif oğlu 1926-cı il may
ayının 5-də Azərbaycan Respublikası Bərdə
rayonunun Lənbəran kəndində müəllim ailə-
sində anadan olmuşdur.
F.Ş.Əfəndiyev əmək fəaliyyətinə 1943-cü
ildə başlamışdır. O, doğma kəndində klub
müdiri, rabitə şöbəsinin müdiri və yerli
məktəbdə müəllim işləmişdir.
F.Ş.Əfəndiyev 1947-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Burada oxuyar-
kən o, ictimai işlərdə fəal iştirak etmişdir. 1952-ci ildə universiteti bitir-
dikdən sonra F.Ş.Əfəndiyevi partiya işinə irəli çəkmişlər. O, Bakı Vilayət
Partiya Komitəsi təşviqat bölməsinin təlimatçısı, Azərbaycan KP MK təb-
liğat və təşviqat şöbəsinin təlimatçısı, Azərbaycan KP Balakən Rayon
Komitəsinin ikinci katibi olmuşdur. 1957-ci ildə onu Balakən Rayon İc-
raiyyə Komitəsinin sədri seçmişlər. 1958-1962-ci illərdə F.Ş.Əfəndiyev
Vartaşen (Oğuz) Rayon Partiya Komitəsinin birinci katibi, 1962-ci ildən isə
Nuxa Kolxoz-Sovxoz Ərazi-İstehsalat İdarəsində Azərbaycan KP MK-nın
partiya təşkilatçısı, Ağdaş İstehsalat İdarəsi partiya komitəsinin katibi ol-
muşdur. F.Ş.Əfəndiyev 1965-ci ildən Ağdaş Rayon Partiya Komitəsinin
birinci katibi seçilmişdir. 1980-ci ildən isə F.Ş.Əfəndiyev Qasım İsmayı-
lov (indiki Goranboy) Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.
1981-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində
kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1990-cı ildən ömrünün so-
nuna kimi Azərbaycan Respublikası Maddi Mədəniyyət Abidələrinin Mü-
hafizə Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Beş çağırış
Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. F.Ş.Əfəndiyev bir sıra
orden, medal və fəxri fərmanlarla təltif edilmişdir. F.Ş.Əfəndiyev partiya-
nın işləməyə göndərdiyi bütün vəzifələrdə özünü qabiliyyətli, təşəbbüskar
rəhbər işçi, zəhmətkeşlərin ehtiyac və istəklərinə həssaslıqla, qayğı ilə ya-
naşan bacarıqlı təşkilatçı kimi göstərmişdir. F.Ş.Əfəndiyev Azərbaycan
SSR Ali Sovetinin deputatı olduğu illərdə xalqın ən ləyaqətli elçisi kimi
təmsil etdiyi rayonların çox mühüm sosial və iqtisadi problemlərinin həl-
linə çalışmış və buna əsasən nail olmuşdur. Onun əmək fəaliyyətinin əsası
Zərdab rayonu ilə bağlı olmuşdur. O bu rayonda 13 il birinci katib vəzifə-
137
sində çalışmışdır. Fikrət müəllimin təşkilatçılıq qabiliyyətinin nəticəsində
rayonda mədəni məişət obyektləri, yeni müasir tipli tarla düşərgələri,
kolxoz idarə heyətləri üçün yeni malikanələr, mədəni-maarif, səhiyyə,
təhsil müəssisələri tikilmişdir. Küçələrin asfaltlaşması, kəndarası yolların
çəkilməsi işi başa çatdırılmışdır. Torpaqların şoranlaşmasına qarşı tədbirlər
həyata keçirilmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Kürsa-
hili park bu gün də zərdablıların istirahət güşəsinə çevrilmişdir. Rayonda
pambıq, taxıl, barama, heyvandarlıq məhsullarının istehsalı xeyli artmış-
dır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin abidəsi də hə-
min illərdə qoyulmuşdur. Onun gecə-gündüz yorulmadan fəaliyyəti nəti-
cəsində Kür çayı bəndlərlə möhkəmləndirilməsəydi bəlkə də təbii fəlakət
nəticəsində rayon indi də təhlükə altında qalardı. 1978-ci ildə Zərdab ra-
yonunun təbii fəlakətlə üzləşdiyi bir dövrdə Fikrət Əfəndiyev böyük işlər
görmüşdür. Belə ki, həmin vaxt Zərdab rayonunda Kür çayının daşması
nəticəsində bir çox evlər su altında qalmışdır. Düz bir ay ərzində o, rayo-
nun rəhbəri kimi gecə-gündüz bu daşqının qarşısının alınmasında Kürün
sahillərində olmuşdur. O dövrdə Azərbaycan Kommunist Partiyası Mər-
kəzi Komitəsinin birinci katibi H.Ə.Əliyev Zərdab rayonuna gəlmişdir. O,
vəziyyətlə yerində tanış olaraq öz göstəriş və sərəncamlarını rayon
rəhbərinə vermişdir. H.Ə.Əliyev o dövrdə Zərdab rayonunda görülən işləri
çox bəyənmişdir. Zərdab şəhərilə Gəlmə kəndini birləşdirən Qarasu çayı
üstündəki piyadalar körpüsü bilavasitə Fikrət müəllimin gərgin əməyi və
layihəsi nəticəsində inşa edilmişdir. “SU-19” deyilən qəsəbə, yeni tipli
ikimərtəbəli mərkəzi kitabxana, neçə-neçə kənd klubu, məktəb, xəstəxana
və s. yaşayış binaları Fikrət müəllimin adı ilə bağlıdır. Bu və ya digər xe-
yirxah əməllərin nəticəsidir ki, bütün zərdablılar ona bu gün də rəhmət
oxuyurlar.
Əfəndiyev Fikrət Şərif oğlu 1998-ci il noyabr ayının 10-da Bakı
şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: |