132
BAXŞƏLİYEVA GÖVHƏR
BAXŞƏLİ QIZI
Baxşəliyeva Gövhər 26 noyabr 1954-cü
ildə Bərdə şəhərində doğulub. 1972-ci ildə
Bakı şəhəri 212 saylı orta məktəbi bitirdik-
dən sonra elə həmin il Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsinin ərəb
bölməsinə daxil olub. 1977-ci ildə ADU-nu
fərqlənmə diplomu ilə bitirərək, Azərbay-
can Elmlər Akademiyası Şərqşünaslıq İns-
titutuna işə qəbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi
işçi, “Şərq filologiyası” şöbəsinin müdiri vəzifələrində çalışıb.
1993-cü ildən G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi işlər
üzrə direktor müavini, 1997-ci ildən direktoru vəzifəsində çalışır. 1984-cü
ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib.
Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiya-
sının həqiqi üzvüdür. Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azər-
baycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mən-
bəşünaslıq üzrə mütəxəssisdir.
Onun əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində
elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbu-
atda bir neçə məqalələr yazılıb, tədqiqatlarda əsərlərinə istinadlar edilib. 3
monoqrafiya, 5 kitab (“Əbdüssəlam əl-Üceyli. Həyat və yaradıcılığı”, B.,
Elm, 1989, 5,7 ç.v.; “Bir Məcnun vardı”, B., Yazıçı, 1990, 4 ç.v.; Əbülfərəc
əl-İsfahani. “Nəğmələr kitabı”, ərəbcədən tərcümə və şərhlər. B., Elm,
1994, 17,75 ç.v.; “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik
Azərbaycan ədəbiyyatı”. Monoqrafiya, B., Elm, 1998, 12 ç.v.; “İlahi eşq
dastanları”, B., Maarif, 2001, 23,75 ç.v.; “Hamıdan ucadır alimin yeri”,
B., 2003, 20,3 ç.v.; Əbülfərəc əl-İsfahani. “Məcnun ləqəbli Qeys ibn Mü-
ləvvəh və ərəbdilli Azərbaycan şairləri haqqında hekayətlər”. Ərəbcədən
filoloji tərcümə, müqəddimə, tədqiqat, şərhlər və göstəricilər, B., Elm,
2007, 23,5 ç.v.; “Müasir Suriya hekayəsi”. B., 2007, 20 ç.v.) və 85 elmi
məqalə və məruzələrin müəllifidir. Şərq filologiyası və mənbəşünaslıq sa-
həsində bir çox əsərlərin elmi redaktorudur. Bir sıra elmi dərgilərin redak-
toru və ya redaksiya heyətinin üzvüdür. “Azərbaycan şərqşünaslığı” jur-
nalının baş redaktorudur.
G.B.Baxşəliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə xarici
ölkələrdə (Rusiya Federasiyası (Moskva, Sankt-Peterburq, Mahaçqala,
133
Simferopol şəhərləri), İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir,
Səudiyyə Ərəbistanı Krallığı, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya
və s.) ləyaqətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələrlə
çıxış etmişdir. Xarici mətbuatda bir sıra məqalələri nəşr olunmuşdur.
G.B.Baxşəliyeva şərqşünas kadrların hazırlanmasında yaxından
iştirak etmiş, onun bilavasitə rəhbərliyi ilə on bir namizədlik dissertasiyası
müdafiə olunmuşdur. 10.01.02. – “Türk xalqları ədəbiyyatı” və 10.01.03
– “Dünya ədəbiyyatı” ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşü-
naslıq sahəsində respublikada aparılan elmi işlərin koordinasiyası üzrə
Problem Şurasının sədridir.
O, pedaqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universite-
tinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs
aparmışdır.
G.B.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür.
Onun İnstituta rəhbərlik etdiyi dövrdə şərqşünaslıq elminin ən müxtəlif
sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir sıra beynəlxalq
və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun pers-
pektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan
Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhə-
ləsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların
başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ic-
timai-fəlsəfi fikri, filologiyası, Azərbaycanın Şərq ölkələri ilə tarixi-mə-
dəni əlaqələrinin aktual problemləri, Şərq-Qərb qarşılıqlı münasibətləri
kompleks şəkildə tədqiq olunmuşdur.
G.B.Baxşəliyeva 1997-ci ildə Şərqşünaslıq İnstitutunun çətin bir
dövründə direktor olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən uğurla
gəlmişdir. Onun fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində baş
vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olun-
ması ilə institutun elmi potensialı möhkəmləndirilmişdir. Eyni zamanda
institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbay-
can elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin in-
kişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun struktu-
runda dəyişikliklər aparılmış, yeni şöbə və elmi qruplar yaradılmışdır.
G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi
əlaqələri xeyli genişlənmişdir. ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya,
Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan və s. bu kimi bir sıra
xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata
keçirilmişdir.
G.B.Baxşəliyeva 5 noyabr 2000-ci ildə 57 saylı Bərdə-Ağcabədi
seçki dairəsindən Azərbaycan Respublikasının II çağırış Milli Məclisinə
deputat seçilmişdir. 2001-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayına-
can Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olub. Milli
134
Məclis sədrinin müavini kimi sosial qanunvericiliyə kuratorluq edib.
2005-ci ilin noyabr ayında III çağırış Azərbaycan Respublikasının Milli
Məclisinə üzv seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri üzrə daimi
komitəsinin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin İslam
Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir.
İKT Pİ İcraiyyə komitəsinin üzvüdür. O, bir sıra səfərlərdə Azərbaycan
Respublikasının Milli Məclisinin nümayəndə heyətinə rəhbərlik edib (Mi-
sir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, Norveç Krallığı,
Fransa, Böyük Britaniya, İtaliya), çoxsaylı görüşlər keçirib, Azərbaycanın
nailiyyətləri, üzləşdiyi problemlər və gələcək əməkdaşlıq perspektivləri
haqqında geniş fikir mübadiləsi aparıb. Azərbaycan Parlamentini bir sıra
beynəlxalq sessiya və konfranslarda təmsil edib (Qərbi Avropa İttifaqının
Parlamentlərarası Assambleyasının 51-ci sessiyası, Paris, may, 2005; Bər-
paolunan enerji ehtiyatlarından istifadə, Bonn, may, 2004; Uşaq haqlarının
müdafiəsinə həsr olunmuş ümumdünya qadın parlamentarilərin konfransı,
Roma, oktyabr, 2004; Beynəlxalq davamlı enerji günləri çərçivəsində
keçirilən və enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans,
mart, 2006, Avstriya, Uels ş.; 2006-cı il Aprelin 8-13 İstanbulda İKT Par-
lament İttifaqının VIII sessiyası və konfransı; 2006-cı il 6-11 sentyabr
Liviya–Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Li-
viyaya səfər; İKT Parlament İttifaqının IX sessiyası və konfransı, Qahirə,
fevral, 2007; İKT Parlament İttifaqının X sessiyası, Malaziya, Kuala–
Lumpur, 2008; İKT Parlament İttifaqının fövqəladə sessiyası, İstanbul,
sentyabr, 2008; İKT Parlament İttifaqının XI sessiyası, Niger, Niamey ş,
fevral, 2009; BMT-nin “Sivilizasiyaların alyansı”, II forum, İstanbul,
aprel, 2009 və s.)
Dostları ilə paylaş: |