138
ƏFƏNDİYEVA (QURBANOVA)
RÜZGAR ŞAHMAR QIZI
Azərbaycan Yazıçılar Birliyinin üzvü
(1988), Jurnalistlər Birliyinin üzvü (1994),
“Araz” ali ədəbi (1997), “Heyran xanım”
ədəbi (1994), “Qızıl qələm” (2005), “Nigar
Rəfibəyli” (2006) adına mükafatların laurea-
tıdır.
1947-ci il mayın 9-da Azərbaycanın
Bərdə şəhərində qulluqçu ailəsində anadan
olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil almışdır. (1954-
1965). Əmək fəaliyyətinə 1 saylı Bərdə uşaq bağçasında tikişçi kimi baş-
lamışdır. (1963-1965). ADU-nun filologiya fakültəsində təhsilini davam
etdirmişdir. (1965-1970). Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədə-
biyyat müəllimi işləmişdir (1970-1974). 1975-ci ildə “Maarif” nəşriyya-
tında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı
dərslikləri” redaksiyasının müdiri (1994-2005) vəzifələrində işləmişdir.
Bədii yaradıcılığa orta məktəbdə ikən coşqun həvəs göstərmişdir. İlk mət-
bu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda”
çoxtirajlı Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmış-
dır. Dövri mətbuatda, ədəbi almanaxlarda müntəzəm çıxış edir. Şeirləri
Bolqarıstanda, Əfqanıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda və baş-
qa xarici ölkələrdə bolqar, fars, türk, rus, özbək və s. dillərdə dərc olunur.
Bəstəkarlardan Oqtay Kazımov, Elza İbrahimova, Həsənağa Qur-
banov, Oqtay Rəcəbov, Bahadur Hüseynov, Ülviyyə Süleymanova və b.
80-dək şeirlərinə musiqi bəstələmişdir.
Onun “Axtarma məni” (musiqisi: Bahadur Hüseynov) mahnısını
məşhur türk müğənnisi Əməl Sayın, “Sənli günlərim”-i (musiqisi: Oqtay
Kazımov) isə Nəşə Qaraböcək oxuyur.
“Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin lə-
çəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirə-
lər çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların
müəllifidir. O, həm də romanlar, povestlər, hekayələr müəllifidir. “Yol-
gözləyənlər” povesti 1997-ci ildə, “İki sahil” qəzetində çap olunmuşdur.
Bu povestin radio tamaşası (ssenarisini Şəfəq Sultan Əlixanlı yazmışdır)
Azərbaycan radiosunun fondundadır. Vaxtaşırı səsləndirilir.
139
Ruzgar xanım həm də «Natəvan» оpеrasının ariya və duеt mətn-
lərinin müəllifidir. 1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti,
prоfеssоr Vasif Adıgözəlоvla birlikdə bu əsər üzərində işləmişdir. 2003-
cü il dеkabrın 7-də əsər Оpеra və Balеt Tеatrında səhnəyə qоyulmuş və
böyük uğur qazanmışdır.
Rüzgar Əfəndiyeva Azərbaycan poeziyasında xüsusi mövqeyi
olan, elə ilk şeirlərindən öz dəsti-xətti ilə seçilən, tanınmış şairdir.
Onun yaradıcılığı haqqında Xalq şairi Mirvarid Dilbazi, Məmməd
Araz, Xəlil Rza Ulutürk, Vəli Nəbiyev, Boris Leonov (Moskva), Akif
Əliyev, Sabir Rüstəmxanlı, Sərvaz, Qasım Qasımzadə, Nəriman Həsən-
zadə, öz fikirlərini söyləmişlər.
Şeirləri dərsliklərə və dərs vəsaitlərinə salınmışdır.
Türkiyədə dərc olunan “Şeir dəftəri” jurnalında Havva Abdulla-
yevanın Rüzgar Əfəndiyevanın yaradıcılığı haqqında maraqlı yazısı ve-
rilmişdir.
Hazırda yaradıcılıq fəaliyyəti ilə məşğuldur. “Rüstəm – Napole-
onun yavəri” romanı üzərində işləyir.