143
ƏKBƏROV RASİM
HACI OĞLU
Əkbərov Rasim Hacı oğlu 21 dekabr
1927-ci ildə Bakı şəhərində anadan olub.
1934-1944-cü illərdə 134 saylı orta mək-
təbdə təhsil alıb. 1947-ci ildə orta – ixti-
sas təhsili alıb. Elə həmin il keçmiş Ki-
rov adına ADU-nun (indiki Bakı Dövlət
Universiteti) hüquq fakültəsinə qəbul olaraq, 1952-ci ildə ali təhsilini başa
çatdırıb.
1952-1954-cü illərdə Nərimanov rayonunda müstəntiq, 1954-
1957-ci illərdə Suraxanı rayonunda prokuror, 1957-1958-ci illərdə Bakı
şəhər prokurorluğunda istintaq rəisi, 1958-1969-cu illərdə Xətai rayo-
nunda prokuror, 1969-1977-ci illərdə Nəsimi rayon prokuroru vəzifəsində
çalışıb. 1977-ci ildə Azərbaycan SSR-i vəkillər kollegiyasının üzvü olub.
1975-ci ildə “Cinayətin öyrənilməsinin səbəbləri və təhqiqatın aparılma-
sı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, hüquq elmləri
namizədi dərəcəsi alıb. Dəfələrlə rayon sovetinin və Bakı şəhər sovetinin
deputatı seçilib.
Işlədiyi bütün vəzifələrdə dövlətin ali qanunlarının kеşiyində sa-
yıqlıqla dayanaraq, vətəninə, xalqına layiqli vətəndaş оlmuş, bu gün də
tanıyanların qəlbində məhəbbətlə anılır, sеvilir və ruhuna dualar оxunur.
1979-cu il mayın 12-də ürək çatışmamazlığından vəfat edib.
Dostları ilə paylaş: |