135
BAXŞƏLİYEV ADİL
BAXŞƏLİ OĞLU
Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci ildə
Bərdə şəhərində anadan olmuşdur. 1981-ci ildə na-
mizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir. A.B.Baxşəli-
yev akademik C.Abdullayev adına Elmi-Tədqi-
qat Kardiologiya İnstitutunun direktoru vəzifə-
sində çalışır. Eyni zamanda o, Azərbaycan Tibb Universitetinin kliniki
farmakologiya kafedrasının müdiridir. 2004-cü ildə professor elmi adını
almışdır.
1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mər-
kəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piro-
qov adına II Moskva Dövlət Tibb İnstitutunda doktoranturanı bitirmişdir.
Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə
ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzi-
fəsində işləmişdir. 1977-78-ci illərdə adı çəkilən institutun mərkəzi elmi-
tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işləyib. 1978-1981-
ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə
“Daxili xəstəliklər” ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-
ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1981-ci
ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İns-
titutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984-
1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “arterial hi-
pertoniya” şöbəsinin müdiri vəzifəsində işləyib. 1985-1990-cı illərdə
Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda
“kardiologiya” ixtisası üzrə doktoranturada olub və 1990-cı ildə doktorluq
dissertasiyasını müdafiə etmişdir. 1990-91-ci illərdə Azərbaycan Tibb
İnstitutuna konkursdan keçdikdən sonra müalicə-profilaktika fakültəsinin
“Daxili xəstəliklər I” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur və
1992-ci ildən “klinik farmakologiya” kafedrasının müdiri vəzifəsində ça-
lışır. 1998-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İns-
titutunda direktor vəzifəsində işləyir.
A.B.Baxşəliyev 110-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 12
metodik tövsiyənin, 7 tədris vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında
22 namizədlik dissertasiya işi başa çatdırılmış, 4 doktorluq, 12 namizədlik
dissertasiyası yerinə yetirilir.