BəRDƏliləR



Yüklə 5,99 Mb.
Pdf görüntüsü
səhifə118/542
tarix02.01.2022
ölçüsü5,99 Mb.
#2222
1   ...   114   115   116   117   118   119   120   121   ...   542
204

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

KÖNÜLLƏR  VƏSF  EDİR 

GÖZƏL  BƏRDƏNİ

 

 

(Bərdə haqqında yazılmış şеirlər) 

 

 

 

 

 




 

205

 

NİZAMİ  GƏNCƏVİ 

 

İSGƏNDƏRİN  AZƏRBAYCANA  GƏLMƏSİ VƏ BƏRDƏ 

PADŞAHI  NÜŞABƏ İLƏ GÖRÜŞMƏSİ 

  

Canpərvər şərabı dur gətir, saqi, 



O susuzlar üçün çeşmədir, saqi! 

Yanıram, təşnəlik salmış bir dərdə, 

Mənə ver, şərabə oldum aludə! 

 

Bərdə nə gözəldir, necə qəşəngdir, 



Yazı da, qışı da güldür, çiçəkdir. 

İyulda dağları lalələr səpər, 

Qışını baharın nəsimi öpər. 

O yaşıl meşəsi cənnətə bənzər, 

Şən ətəklərinə bağlamış kövsər. 

Söyüdlük çöllərə vermişdir zinət

O, “Bağisəfid”i elə bil cənnət. 

Qırqovul yuvası hər sərv ağacı, 

Oxuyur kəkliyi, ötür turacı. 

Səssizlik içində dincəlir gülşən, 

Torpağı silinmiş qayğı, kədərdən. 

Reyhanı yaşıldır illər uzunu, 

Hər çeşid naz, nemət bürümüş onu. 

Yem üçün gələr quş, bu gözəl yurda, 

İstəsən “quş südü” taparsan burda. 

Torpağı yoğrulmuş qızıl suyundan

Elə bil hər yanda açmış zəfəran. 

 

O yaşıl yerləri dolaşıb gəzsən, 



Şənlikdən başqa bir xəyal görməzsən. 

İndi o dərgahın taxtı alçalmış, 

İpəyi, qumaşı küləklər çalmış. 

Təzə nar gülləri tökülüb solmuş, 

O narlar, nərgizlər dönüb toz olmuş. 

İndisə yerində bu gözəl yurdun, 

Var sel yumuş dərə, qurumuş odun. 

Yenə də bol olan o göyərtilər, 

Ədalət toxumundan göyərsə əgər, 

Yenidən gözəlcə bəslənsə diyar

Get-gedə yaşıllıq, gözəllik artar. 



 

206

Padşahın əlinə keçərsə fürsət, 

O taxta yenidən verərdi zinət. 

“Hərum” adlanırdı bu yurd hər yerdə, 

İndisə adına deyirlər Bərdə. 

Bu mərdlər, gözəllər yurdunda inan, 

Çox saysız xəzinə gizləmiş zaman. 

Böylə şux, sevimli gülşən harda var? 

Harda var xəzinə saçan bu diyar?! 

Böylə nəql edir söz xəzinədarı: 

Köhnə xəzinənin adlı saları: 

Hakim qadın varmış adı Nüşabə, 

Uymuş il uzunu kefə, şərabə. 

Erkəksiz yaşayan bu dişi ceyran, 

Gözəldi, göyçəkdi erkək tovuzdan. 

Xoşsöhbət, ürəyi saf, mətanətli, 

Bir pəri əndamlı, xoş təbiətli. 

 

Önündə minlərcə gözəl qız varmış, 



Xidmətə ay kimi kəmər bağlarmış. 

Bunlardan başqa var igid, qəhrəman, 

Otuz min qulamı – qılınc oynadan. 

Dərgaha yaxın da olsa, yenə də 

Evinə girməzdi erkək bir bəndə. 

Qadınla aşardı onun hər işi, 

Tapşırıq almamış ondan bir kişi. 

Sarayda iş bilən qadınları var, 

Yalnız kətxudasız iş görər onlar. 

Qulları bir yurdda salmışdı məskən, 

Yaxın bir obanı etmişdi vətən. 

 

Qəhrindən, kinindən onun qorxaraq



Şəhrinə bir kişi basmamış ayaq. 


Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   542




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin