Bərk kosmik şüaların tərkibi Məmmədov Təbriz Rüfət oğlstrreplN


Kosmik mənşəli təbii şüalanma mənbələri



Yüklə 245,79 Kb.
səhifə2/4
tarix27.08.2023
ölçüsü245,79 Kb.
#140709
1   2   3   4
Bərk kosmik şüaların tərkibi

Kosmik mənşəli təbii şüalanma mənbələri
Kosmik fəzanı dolduran yüksək enerjili zərrəciklər seli və həmin zərrəciklərin Yer atmosferində yaratdığı ikinci şüalanma kosmik şüalar və ya kosmik şüalanma adlanır. Hal‐hazırkı dövrdə kosmik şüaların fiziki xüsusiyyətləri, onların energetik spektrləri, bucaq paylanmaları, yaratdığı şüalanma dozaları haqqında geniş məlumatlar toplanmışdır. Yer ətrafı fəzada və atmosferin yuxarı qatlarında kosmik şüaların geniş tədqiqinə 60 ‐cı illərdən başlamışdır. Qeyd edək ki, bu tədqiqatlar Yerin süni peyklərindən, yüksəklik aerostatlarından və təyyarələrdən istifadə nəticəsində mümkün olmuşdur. Müəyyən edilmişdir ki, ilkin kosmik şüalar 0.01 ‐ 1 QeV və daha çox enerjiyə malik Qalaktik kosmik şüalardan və enerjisi bundan xeyli kiçik olan Günəş şüalarından ibarətdir. Günəş şüalarının qeydə alınmış tipik enerjisi 40 ‐ 50 MeV ‐ ə bərabər olur. Kosmik zərrəciklərin kinetik enerjisi də 0.1 ‐ 1 Mev ‐ ə bərabər Yer mənşəli şüalanmanın kinetik enerjisindən bir neçə tərtib yüksək olur.
Qalaktik şüalanmanı Günəş sistemindən çox ‐ çox uzaqlıqda yerləşən obyektlər yaratdığı halda, Günəş şüalanması Günəşin səthində baş verən möhtəşəm Xromosfer partlayışları nəticəsində yaranır. Bu partlayışlar həm rentgen, ultrabənövşəyi, görünən işıq şəklində elektromaqnit dalğalarının şüalanması ilə, həm də maqnit fırtınaları və Günəş maddəsi zərrəciklərinin fəzaya səpələnməsi ilə müşayiət olunur. 
Qalaktik kosmik şüalar selinin sıxlığı bir saniyədə hər kvadrat santimetr səthdə təxminən bir zərrəciyə bərabər olur. Bu şüalar, əsasən, protonlardan ( 93 % ), α ‐ zərrəciklərdən (6.3 %) və az miqdarda digər zərrəciklərdən ibarət olur. Qalaktik kosmik şüaların intensivliyi və onların yaratdığı şüalanma dozası Günəş aktivliyinin 11 il ‐ lik variasiyası ilə korrelyasiya edir. Günəşin aktivliyini xarakterizə edən K modulyasiya əmsalı 0.3 ‐ dən (Günəşin aktivliyi minumal olan halda) 2.5 ‐ ə qədər (bu aktivlik maksimal olan halda) dəyişə bilir. Bu fiziki parametrin periodik dəyişməsi aşağıdakı effektlətlə bağlıdır.
Yerin maqnit sahəsinə Günəşin maqnit sahəsi əlavə olunur ki, bu da, aktivliyin artması zamanı onun güclənməsinə, azalması zamanı isə onun zəifləməsinə səbəb olur. Birinci halda Qalaktik kosmik şüalara Günəşin maqnit sahəsinin ekranlaşdırıcı təsiri artır və nəticədə onların intensivliyi azalaraq, kosmik zərrəciklərin yaratdığı dozanı kiçildir. Bu hal Qalaktik mənşəli zərrəciklər selinin zəifləməsi adlanır. İkinci halda isə, əksinə, Günəşin maqnit sahəsinin zəifləməsi Qalaktik kosmik şüaların intensivliyinin şüalanma dozasının artmasına səbəb olur.




Yüklə 245,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin