ğı maddələrin istifadəsiylə müəyyən fermentin yatırıl-
ması ürək hüceyrələrini və ətraf toxumaları infarktdan
sonra qan dövranının bərpası (reperfuziya) zamanı güclü
zədələrdən qoruyur.
İnfarkt zamanı qan təminatı kəskin məhdudlaşır, ürəyin
və ətraf toxumaların hüceyrələrinə oksigen çatmır və bu
səbəbdən onlara bir neçə dəqiqə ərzində mühüm dərəcədə
zərər toxuna bilər. “İşemik kaskad” adlanan hal əmələ gəlir
– oksigensiz şəraitdə metabolik tullantıların kəskin xaric
edilməsi baş verir və nəticədə hüceyrə membranları və mi-
toxondriyalar zədələnir. Reperfuziya zamanı hüceyrələrə
hücum edərək onları zədələyən azad radikalların və oksige-
nin aktiv növlərinin güclənmiş istehsalı baş verir.
C-Jun-N-terminal Kinazanın (JNK) yatırılması laborator
siçovulları işemik-reperfuzion zədələrdən qoruyub: toxuma-
ların ümumi ölüm həcmi 34% qədər azalıb. Oksigenin aktiv
növlərinin səviyyəsi və mitoxondriyaların fəaliyyətinin pozul-
ması mühüm dərəcədə azalmışdır.
Əvvəlki tədqiqatlarda aşkarlanmışdır ki, oksidativ stres za-
manı JNK mitoxondriyalara köçür. Bu köçməni JNK aktiva-
siyasıyla birlikdə qaraciyər zədələnməsi, neyronların ölümü
və s. kimi bir sıra ciddi problemlərlə bağlayırlar. Alimlərin ya-
ratdığı peptid və aşağı molekulyar çəkili birləşmə dağılma-
nın qarşısını alır və nəticədə proqramlaşmış ölümdən məhv
olan hüceyrələrin sayı dörd dəfə az olur.
Dostları ilə paylaş: |