Xorultu ürək-damar
xəstəliklərinin xəbərçisi ola bilər
Ürəyin hüceyrələrini infarkt
zamanı və ondan sonra
qoruyan maddə yaradılıb
u Gürcüstan azərbaycanlılarının
yığcam yaşadıqları Kvemo Kart-
li-Borçalı bölgəsinin Tetrisxaro
(Ağbulaq) rayonundakı Kosalar
kənd sakini, “maqnit adam” adı ilə
məşhur olan etibar Budaqlı Gin-
nesin rekordlar kitabına düşmüş-
dür. Bu günlərdə daha bir soydaşı-
mızın qeyri-adi gücə - bioenerjiyə
malik olduğu aşkara çıxmışdır.
AzərTAc xəbər verir ki, o, Dma-
nisi rayonunun Ermənistanla
sərhəddə yerləşən Yırğançay
kəndinin sakini 42 yaşlı İs-
mayıl Kazımovdur. İ.Kazımov
bədənində 160 kiloqram dəmir
əşyanı saxlaya bilir. Bundan
əlavə, o, 13 nəfərin əyləşdiyi
“Ford” markalı minik avtomobilini
(təxminən 3 ton ağırlıqda) çəkə
bilmişdir.
İ.Kazımov öz qeyri adi ba-
carığını nümayiş etdirmək
üçün Rusiyadan dəvət al-
mışdır. Lakin, Dmanisi Ra-
yon İcra Hakimiyyəti ona
istedadını doğma vətənində
nümayiş etdirməyi təklif
etdiyindən İ.Kazımov Rusi-
yaya səfərini təxirə salmış-
dır.
İ.Kazımov cəmi üç ay öncə
qeyri-adi gücə malik olduğunu
hiss etmişdir və ilk dəfə Tbilisidə
çıxış etmişdir.
Dostları ilə paylaş: |