Qaranlıq fobiyası
Bağlı, qaranlıq və sıxlıq olan yerlərdə duyulan
qorxudur. Bu vəziyyətlərdə tipik nümunələr ara-
sında lift, bağlı tavanlı otaqlar və dəhlizlər, qapıla-
rı bağlı və sıxlıq olan avtobuslar, yeraltı keçidlər,
metro sayıla bilər. Əsas qorxuları bu yerlərdə sı-
xılıb qalmaq, çıxa bilməmək, nəfəs ala bilməmək,
boğulmaqdır. Belə insanlar kinoya və teatra gedə
bilməz, getsələr də qıraq kreslolarda oturar. Bo-
ğazlı geyimlərdə narahat ola bilərlər.
Nələrdən qorxuruq?
Obyektiv fobiya: həşərat, kəpənək, it, iti uclu
əşya və s.
Vəziyyət fobiyası: Bağlı yer, açıq yer, lift, yüksək
yer, qaranlıq və s.
Funksiya fobiyası: Yerini islatma, qaz çıxarma,
tərləmə və s.
Bu vəziyyətləri yaşayan bir çox insan həkimə
müraciət etmir. Bunun da ən əhəmiyyətli səbəbi
fobiyaların xəstəlik deyil, xasiyyət, ya da şəxsiyyət
xüsusiyyəti olduğunu düşünüməsidir. Fobiyanın
müalicə edilə bilmədiyinin düşünülməsi də bir baş-
qa əhəmiyyətli faktordur. Halbuki, spesifik fobiya-
ların müalicəsi mümkündür, üstəlik, müvəffəqiyyət
nisbətləri yüksəkdir. Bu qorxuların müalicəsində
dərmanların rolu azdır.
Fobiyalarımıza özümüz də qalib gələ bilərik,
sadəcə istəmək kifayətdir.
qadın.net
“Nevrologiya: praktiki məşğələlər” dərsliyi ən yeni elmi
nailiyyətlər əsasında, nevrologiya elmi tarixinin təcrübəsi
və digər müasir elm sahələrində aparılan araşdırmaların
nəticələri nəzərə alınmaqla yazılmışdır.
Nevrologiya - sinir sisteminin normal və patoloji
vəziyyətləri barədə elmdir. Klinik nevrologiya isə tibbin
sinir sistemi xəstəliklərinin klinik təzahürünü, epidemio-
logiyasını və patogenezini öyrənən, xəstəliklərin diaqno-
zu, müalicəsi və profilaktikası üçün metodlar hazırlayan
sahəsidir.
Nevrologiya - ən vacib tibb sahələrindən biridir. Sinir
sisteminin patologiyası orqanizmdə bir sıra funksional po-
zuntulara səbəb olur ki, bu da əksər hallarda xəstəliklərin
yaranmasına gətirib çıxarır. Hal-hazırda klinik nevrologiya
sahəsində elmi araşdırma üsullarının differensasiyası və
inteqrasiyası prosesləri gedir ki, bu da yeni tədqiqat me-
todlarının yaranması ilə bağlıdır.
Kliniki nevrologiyanın əsaslarının öyrənilməsi ümumi
profilli həkimlər üçün də vacibdir. Bu təkcə bir sıra hal-
larda, xüsusilə təxirəsalınmaz vəziyyətlərdə sinir sistemi,
onun normal və patoloji vəziyyətlərdə yerinə yetirdiyi funk-
siyanın rolu ilə deyil, həm də sinir sistemi xəstəliklərinin
tibbi-sosial xarakteri ilə müəyyən olunur. Əvvəllər yalnız
diaqnoz qoyula biləcək sinir xəstəlikləri artıq son onillikdə
ən çox öyrənilmiş xəstəliklər sırasına daxil olmuşdur. İn-
san beyni kimyəvi, anatomik, fizioloji, inkişaf nəzəriyyəsi
və psixoloji yanaşma metodlarından istifadə edilməklə ən
müxtəlif səviyyələrdə öyrənilir.
Ali tibb məktəblərində sinir sistemi xəstəlikləri kursunun
tədrisi zamanı qarşıya qoyulan məqsədlər tələbələrə si-
nir sistemi xəstəliklərinə düçar olmuş xəstənin müayinəsi,
bu zaman nevroloji əlamətlərin müəyyənləşdirilməsi, pa-
toloji prosesin xarakteri və lokalizasiyasının müəy yənləş-
dirilməsi, köməkçi tədqiqat metodlarının nəticələrinin
düz gün şərh edilməsi, ən geniş yayılmış sinir siste-
mi xəstəliklərinin diaqnozunun qoyulması və onların
müalicə və profilaktikası metodlarının əsaslarının mə nim-
sənilməsindən ibarətdir.
Dərslik Azərbaycanın və Rusiyanın tanınmış nevroloqu
professor Zəhra Məmməd qızı Salayevanın xatirəsinə it-
haf edilmişdir.
Dostları ilə paylaş: |