Beş günlük rezident ol



Yüklə 10,77 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix30.12.2021
ölçüsü10,77 Mb.
#1916
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   31


Tibb Universitetində Rentgenologiya-

Radiologiya təlimi keçirildi

  “Beş günlük  rezident ol” layihəsinin 

qaliblərinə sertifikatlar təqdim olundu

Amerikalı 

alim ATU-

da mühazirə 

oxudu

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər 

Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda 

duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezident İlham Əliyev giriş nitqində 2014-cü ilin birinci rübündə də ölkəmizin dina-

mik inkişaf etdiyini, iqtisadiyyatın 2,5 faiz artdığını, ümumi daxili məhsulun səviyyəsinin 

yüksəldiyini, qeyri-neft sektorunun iqtisadiyyatdakı çəkisinin çoxaldığını bildirdi. Ölkə 

iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyini, sosial məsələlərin 

həllinin diqqət mərkəzində saxlandığını, əhalinin banklardakı əmanətlərinin 20 faizdən 

çox artığını deyən dövlətimizin başçısı orta aylıq əmək haqqının da təxminən 7 faiz 

yüksəldiyini vurğuladı, valyuta ehtiyatlarının çoxalaraq hazırda 53 milyard dollar təşkil 

etdiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir 

və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Birinci rübdə əhalinin tibbi 

müayinədən keçməsi ilə bağlı proqramın uğurla icra olunduğunu, son iki ayda dörd milyon 

insanın bu müayinədən keçdiyini deyən dövlətimizin başçısı üçüncü regional, o cümlədən 

Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əhəmiyyətindən 

danışdı. İlin ilk üç ayında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması 

ilə bağlı tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev Azərbaycanda investisiya 

mühitinin yüksək səviyyədə olduğunu, daxili investisiyaların xarici sərmayələri üstələdiyini 

bildirdi. Dövlətimizin başçısı dedi ki, indi Azərbaycanın xarici dövlət borcu ümumi daxili 

məhsulun 8 faizini təşkil edir. Bundan əlavə, ilin birinci rübündə Azərbaycan dünyada öz 

mövqelərini daha da möhkəmləndirmişdir. “Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır 

beynəlxalq hüquqa, ədalətə söykənir”, - deyən dövlətimizin başçısı bütün bunların 

ölkəmizə böyük rəğbət yaratdığını qeyd etdi. İlin əvvəlindən etibarən xaricə səfərlərində, 

iştirak etdiyi beynəlxalq tədbirlərdə bir daha Azərbaycana verilən yüksək önəmin şahidi 

olduğunu qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda görüşlərin də səmərəli 

keçdiyini vurğuladı...

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 07 (1582)  15  aprel 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê


Yüklə 10,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin