Beş günlük rezident ol



Yüklə 10,77 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix30.12.2021
ölçüsü10,77 Mb.
#1916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   31
Qabil AbdullAyev



                  



      

Azərbaycan  Tibb  Uni-

versitetinin  həyatında 

əlamətdar 

hadisələrdən 

sa  yı  lan    ənənəvi  istehsa-

lat 

müşavirələri 

aprelin 

əvvəlindən  başlayaraq  uni-

versitetin  bütün  fakültələrini 

(  I  müalicə  profilaktika,    II 

müalicə  profilaktika,  pedi-

atriya,  stomatologiya,  tibbi 

profilaktika  və  tibbi  biologi-

ya)  əhatə  etmişdir.  Semestr 

qabağı ayrı-ayrılıqda ke çirilən  

müşavirələrin  bütün    toplan-

tılarında  iştirak  edən    uni-

versitetin  rektoru,    millət 

vəkili,  akademik    Əhliman 

Əmiraslanov  tələbələrin  dər-

sə  davamiyyəti  yataqxana 

problemi    və    onların  sosial 

şəraiti ilə  maraqlanıb.

  Tələbələr  qarşısında  çıxış 

edən    Ə.Əmiraslanov    dedi 

ki,  indi    ölkəmizdə  korrupsi-

yayla  bağlı    bütün  sahələrdə 

mübarizə  aparıldığı  bir  za-

manda təhsil sahəsində də bir 

sıra  islahatlar  həyata  keçirilir. 

Universitetimizdə  artıq  neçə 

ildir  ki,  imtahanlar  kompyuter 

vasitəsilə  test  üsulu  ilə  apa-

rılır.  Bu  üsul  öz  obyektivliyi, 

şəffaflığı, ədalətli olması, tələ­

bələr üçün bərabər şəraitin ya-

radılması,  subyektiv  təsirlərin 

aradan  qaldırılması,  ictimai 

rəyin müsbət istiqamətdə də­

yiş məsi  ilə  fərqlənir.  Biliyin 

düzgün 

qiymətləndiriməsi 

üçün  bütün  tədbirlərin  görül-

düyünü  diqqətə  çatdıran  rek-

tor bildirdi ki,  hələlik ən doğru 

və optimal üsul budur. Sözünə 

davam edən  Ə. Əmiraslanov 

vurğuladı  ki, ilbəil universite-

timizin  maddi­  texniki  bazası 

möhkəmlənir,  əməkdaşların 

iş  şəraiti    yaxşılaşir    və  multi 

media  sistemi  ilə  bağlı  yeni 

avadanlıqlar  alınır.”  Bəzən 

olur  ki,  fərqli  fikir lərlə  də  qar-

şılaşırıq. Təbii ki, ye ni bir üsu-

lu  təcrübəyə  tətbiq  edəndə 

ümumi  nəticələrə  öz  mənfi 

təsirini  göstərən  amillər  or-

taya  çıxır.  Çünki  bu  elə  sis-

temdir  ki,  buraya    daim  nəsə 

əlavə  edilməlidir.  Əlbəttə 

ki,  bu  üsulla  aparılan  imta­

hanların  təkmilləşməsinə  də 

ehtiyac  vardır.  Belə  ki,  tərtib 

edilən  testlərin  düşündürücü 

olması,  tapmaca,    əzbərləmə 

ele ment lərinin  aradan  qaldı-

rılması,  bundan  başqa    se-

mestr  boyu  təməl  və  ixtisas 

fənləri  üzrə  peşə  fəaliyyəti 

üçün  vacib  olan  bilik  və  ba-

carıqların 

mənimsənilməsi 

təmin  edilməli  və  qiymət­

ləndirilməlidir. Mən elə hesab 

edirəm  ki,  gələcəkdə    test 

bankını    böyütməli    və  indiki 

testlərin  suallarını    bir  qədər 

mürəkkəbləşdirmək  lazımdır.  

Bu sistemin üstünlüyünün ən 

əsas cəhətlərindən biri də  bu  

sistemin  qapalı  olmasıdır  ki, 

ora  kənardan  heç    bir  halda 

müdaxilə etmək mümkün de-

yildir”. 

Çıxışını  tələbələrlə  səmimi 

söhbət əsasında  quran rektor 

klassık    imtahanla    yeni  vir­

tual  test  imtahanlarının  fərqli 

cəhətlərinindən  bəhs  etdi  və 

hər iki imtahan növünə tələbə­

lə rin  də  münasıbətini  dinlədi. 

Yeni  sistemin  daha  əlverişli 

olduğunu  söyləyən  tələbələr 

rektorun 

fikrini 


hamılıqla 

dəstəklədiklərini  bildirdilər.

Son  zamanlar  müəllimlərin 

çap  etdirdiyi  dərsliklərə  də 

münasibətini bildirən universi-

tetin  rəhbəri dedi ki, hazırda 

elə  dərsliklər  vardır  ki,  onlar 

köhnəlib, öz aktuallığını itirib və 

yaxud da bəziləri isə müxtəlif 

dillərdən tərcümələrdir ki, on-

lar da istənilən tələblərə cavab 

vermir.  Bu  kimi  məsələlərə 

yenidən  baxmağın  vacib  ol-

duğunu    söyləyən  rektor  ka-

fedralarda  belə  kitabların 

tələbələrə  zorla  satılmasını 

da  dilə  gətirdi  və  bu  halların 

yolverilməz olduğu barədə ka-

fedra  müdirlərinə  xəbərdarlıq 

etdi.


Sonra 

akademik  

Ə.Əmirasla  nov 

tələbələrin  

uni ver si tetdəki  nizam–intiza-

mı, o cümlədən tədris proqra-

mı, dərs cədvəli və s. ilə bağlı 

məsələlərə də toxundu. O, bu 

işlər haqqında  tələbələrin də 

fikirlərini öy rən mək üçün onla-

rın   təklif və rəylərini dinlədi

müxtəlif    məsələlərə  aid    su-

allarını da cavablandırdı. Rek-

tor  ona  ünvanlanan  bir sıra  

müraciətlərin araşdırılması ilə 

bağlı yerindəcə göstəriş verdi. 

Ə.Əmiraslanov  belə  görüş­

lərin  yalnız    istehsalat  mü­

şa virələrində    deyil,    bun-

dan  sonra  da  mütəmadi 

ola raq  təşkil  ediləcəyini  və 

təhsilin səviyyəsinin  daha da 

yüksəldilməsi  üçün  müvafiq 

tədbirlərin  görüləcəyini  top-

lantı iştirakçılarının  diqqətinə 

çatdırıb.   

Bir  neçə  gün  ardıcıl  davam 

edən  toplantılarda  universi-

tetin  prorektorları,  fakültə  de-

kanları  və  kafedra  müdirləri 

iştirak edirdilər.

 


Yüklə 10,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin