ATU-nun mətbuat xidməti
Aprelin 12-də Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin
deputatı, akademik Əhliman Əmiraslanov Saatlı rayonundan olan
seçiciləri ilə görüşüb.
Görüş zamanı Əhliman Əmiraslanov son illər bölgələrdə, o cümlədən Sa-
atlıda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırıl-
ması istiqamətində həyata keçirilən tədbirlər və nəzərdə tutulan yeni layihələr
barədə danışıb.
Daha sonra rayonun Varxankənd, Dəllər, Yeni Novruzlu, Musabəyli, Bəyli
və digər kəndlərdən olan seçicilərin üzləşdikləri problemlər, həmçinin orta
məktəblərin sosial problemləri, ali məktəblərdə ödənişli təhsil, suvarma, qaz
və digər məsələlərlə bağlı müraciətlərini dinləyib.
Şəkərli diabet, göz, oynaq xəstəliklərinin müayinəsi və müalicəsi, bundan
əlavə, bir neçə nəfərin, o cümlədən onkoloji xəstəliyi olan seçicinin pulsuz
əməliyyat olunması ilə bağlı konkret tapşırıqlar verib.
Dostları ilə paylaş: |