ATU-da xarici qonaqlarla görüş olub
Saatlı rayonunun sakinləri pulsuz
müayinə və müalicə olunacaqlar
Aprelin 9-da ATU-da yeni
yaradılmış Kurikulum komissiyasının ilk
toplantısı keçirilmişdir.
Toplantını giriş sözu ilə universitetin tədris
işləri üzrə prorektoru, ə.e.x., professor Sabir
Əliyev açaraq inteqrasiyalı proqram əsasında
aparılan tibb təhsili, onun üstünlükləri barədə
danışmış, eləcə də müasir tibb təhsilində,
dünyanın əksər tibb universitetlərində bu tipli
tədris proqramlarının tətbiqini qeyd etmişdir.
Bunu nəzərə alaraq ATU-nun Mərkəzi Metodik
Komissiyasında inteqrasiyalı təhsil proqramı
hazırlamağın zəruriliyi haqqında qərar qəbul
edilmiş və buna müvafiq olaraq universitetin
rektoru, akademik Əhliman Əmiraslanovun
müvafiq əmri əsasında tərkibi 59 nəfərdən
ibarət Kurikulum komissiyası yaradılmışdır.
Komissiyanın tərkibinə müvafiq fənlərin ən
bacırıqlı müəllimləri daxil edilmişdir.
Sonra Komissiyanın baş koordinatoru,
Tədris metodik və innovasiya şöbəsinin mü-
diri professor Akif Qurbanov çıxış edərək,
İnteqrasiyalı təhsil proqramı haqqında ge-
niş məlumat vermişdir. O qeyd etmişdir ki,
inteqrasiyalı təhsil tibb elmini ayrı-ayrı fənlər
şəklində deyil, onların məqsədyönlü və ardıcıl
birləşdirilməsi nəticəsində hazırlanmış bir
proqram əsasında aparılmasını nəzərdə tutur.
Belə bir proqram tələbələrin aldıqları biliklərin
onların mövcud bilik çərçivəsinə asanlıqla
yerləşməsini, güclənməsini və digər biliklərlə
inteqrasiyasını təmin edir. Belə ki, kiçik
və təcrid olunmuş hissələr (fənlər) şəklində
olduqda əvvəlki hissələr sonrakılarla əlaqələnə
bilmir.
Toplantının sonunda Komissiya üzvləri
ilə nəzərdə tutulan proqramın hazırlanması
prinsipləri haqqında müzakirələr aparılmışdır.
Dostları ilə paylaş: |