http://www.amu.edu.az
15 aprel 2014-ъц ил
4
B
öyük elmi Şuranın apre-
lin 1-də keçirilən növbəti
yığıncağını
universitetin
rek-
toru, millət vəkili, akademik
Əhliman Əmiraslanov açaraq
II uşaq xəstəlikləri kafedrasının
müdiri, professor Amalya xanım
Əyyubovanı yubileyi münasibətilə
təbrik edib. Amalya xanım ona
göstərilən diqqət və qayğıya görə
universitet rəhbərliyinə, elmi şu-
ranın üzvlərinə təşəkkürünü bil-
dirib.
Bundan sonra universitetin elmi
işlər üzrə prorektoru, professor
İbrahim İsayevin “Azərbaycan
Tibb Universitetinin 2013-cü
il üçün elmi-tədqiqat işlərinin
yerinə yetirilməsi haqqında”
hesabatı dinlənilib.
2013-cü
ilin
Azərbaycan
Tibb Universitetinin həyatında
müstəqil Azərbaycanın mema-
rı və qurucusu, ümummilli lider
Heydər Əliyevin 90 illik yubile-
yinin qeyd edilməsi və Tədris-
Cərrahiyə Klinikasının təntənəli
açılışı ilə yadda qaldığını diqqətə
çatdıran prorektor Ulu öndərin
fəaliyyətin bütün mərhələlərində
Azərbaycanda elm və təhsilin in-
kişafına xüsusi qayğı ilə yanaşdı-
ğını vurğulayıb.
2013-cü ildə prezident seçki-
lə rində inamlı qələbə qazanan
İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanda elm və təhsilin
məhz bu ənənələr əsasında
inkişaf etdiyini deyib: “Dövlətin
diqqəti sayəsində bu gün Azər-
bay canda elm və təhsilin inkişafı
isti qamətində mühüm nəticələr
əldə olunmuşdur. Son illərdə
yüksək ixtisaslı tibb kadrları
hazırlayan Azərbaycan Tibb
Universitetinin
maddi-texniki
bazası
möhkəm-lənmiş
və
Universitetin nəzdində onkoloji,
tədris-terapevtik və stomatoloji
klinikalar fəaliyyət göstərir.
2013-cü ildə Prezident İlham
Əliyevin Sərəncamı əsasında
Azərbaycan Tibb Universitetinin
500 çarpayılıq Tədris-Cərrahiyyə
Klinikası müasir səviyyədə inşa
olunmuşdur.
Prezident İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın kli-
nikanın açılış mərasimində iştirak
etməsi dövlətimizin bu ali təhsil
ocağının inkişafına diqqət və qay-
ğısının əyani göstəricisidir”.
2013-cü ildə respublikamı-
zın həyatının bütün sahələrində,
xüsusən də təhsil sahəsində bö-
yük uğurlar əldə edildiyini vurğu-
layan məruzəçi ölkə rəhbərliyinin
milli səhiyyə sisteminə xüsusi
diqqət və qayğısını önə çəkərək
Azərbaycan səhiyyəsinin ikişa-
fındakı xidmətlərinə görə bir qrup
universitet əməkdaşının fəxri ad-
lara və xüsusi mükafatlara layiq
görüldüyünü qeyd edib.
Son zamanlar tədqiqatçıların
qarşısına qoyulan tələblərin kök-
lü surətdə dəyişdiyini deyən İb-
rahim İsayev bildirib ki, elmin
səviyyəsi dünaynın nüfuzlu elmi
jurnallarında beynəlxalq məlumat
bazalarına daxil olan SCİ (elmi
istinad gətirmə), SSCİ, SCO-
PUS, Pubmed və sair çap olun-
muş məqalələrin, bu məqalələrə
başqa müəlliflər tərfindən istinad
olunması hallarının və dünyanın
aparıcı elmi mərkəzlərində çıxış
etmək üçün dəvətlərin sayı ilə öl-
çülür. 2013-cü ildə Universitetin
əməkdaşları tərəfindən yuxarıda
sadalanan mənbələrdə 43 məqalə
dərc olunub.
Respublikamızın beynəlxalq
miqyasda nüfuzunun artması-
na və bunun nəticəsində uni ver-
sitetimizdə bir çox beynəlxalq
konqres və konfransların, müx-
tə lif
məzmunlu
görüşlərin
keçirilməsinə diqqət yönəldən
İbrahim İsayev hesabat məru-
zəsində 2013-cü ildə aparılan
elmi-tədqiqat işlərinin nəticələrini
şərh edərək bildirib ki, bunlar 12
monoqrafiyada və kitabda, 15
dərslikdə, 18 dərs vəsaitində, 6
kitabça və sorğu ədəbiyyatında,
7 elmi əsərlər məcmuəsində,
18 metodik tövsiyədə, 6 ixtira-
ya Azərbaycan Respublikasının
patentində öz əksini tapıb. O
cümlədən 443 elmi işin xaricdə,
712 elmi işin isə respublikamızda
dərc olunduğunu xatırladıb.
2014-cü il yanvar ayının
əvvəlinə olan məlumata əsasən
Azərbaycan Tibb Universitetində
ümumilikdə 1147 nəfər professor-
müəllim və elmi işçinin çalışdı-
ğını vurğulayan prorektor qeyd
edib ki, 1203 nəfərdən ibarət pro-
fessor - müəllim heyətinin sırasın-
da Rusiya Tibb Elmlər Akademi-
yasının akademiki 4, RTEA-nın
müxbir üzvü 1, Azərbaycan Res-
publikası Milli Elmlər Akademi-
yasının həqiqi üzvü 3, Elmlər
Akademiyasının müxbir üzvü
4, Dövlət Mükafatı Laureatı 4,
əməkdar elm xadimi 31, əməkdar
həkim 48, əməkdar müəllim 40,
əməkdar bədən tərbiyəsi və idman
xadimi 3, fəxri bədən tərbiyəsi və
idman işçisi 3, əməkdar əczaçı 1,
əməkdar jur nalist 1, elmlər dokto-
ru 163, fəlsəfə doktoru 832, pro-
fessor 121 və dosent 339 nəfərdir.
ATU-nun beynəlxalq əlaqə lə-
rinin də günün tələbləri səviy-
yəsində qurulduğunu söyləyən
prorektor hazırda bu təhsil və
elm ocağının dünyanın nüfuz-
lu ali təhsil müəssisələri ilə sıx
əməkdaşlıq etdiyini, bir sıra
universitetlərlə fəal tələbə və
mütəxəssis mübadiləsi apar-
dığını deyib: “Universitet ali
təhsil sahəsində Avropa İttifaqı,
Mərkəzi və Şərqi Avropa ölkələri
ilə Şərqi Asiya ölkələri arasında
əməkdaşlıq üzrə TEMPUS TA-
SİS proqramına görə Transavropa
əməkdaşlığının üzvüdür.
70-ə yaxın universitetlə əmək-
daşlıq edən Azərbaycan Tibb
Universiteti 2013-cü ildə 11
universitetlə müqavilə bağlayıb.
Son iki ildə Azərbaycan Tibb
Universitetində Avropa İttifaqının
MUMEENA (Qonşu Şərqi Av-
ropa Ölkələrində Tibb Təhsilinin
Modernləşdirilməsi)
layihəsi
çərçivəsində
tibb
təhsilinin
müasirləşməsi istiqamətdə işlər
aparılır. 36 aylıq bir müddəti
əhatə edən bu layihədə Boyuk
Britaniyanın Lids Universiteti,
Niderlandın Utrext Universiteti,
İspaniyanın Qranada və İtaliya-
nın “Cattolica del Sacro cuore”
universitetlərinin koordinatorluğu
ilə Tbilisi Dövlət Tibb Universi-
teti, Tbilisi Dövlət Universiteti,
Ukrayna Milli Bohomolets adına
universitet, İvano-Frankovsk Mil-
li Tibb Universiteti, Azərbaycan
Tibb Universiteti və Naxçıvan
Dövlət Universiteti iştirak edirlər.
İndiyə qədər layihə üzrə Av-
ropa İttifaqının dörd koordina-
tor universiteti və üç tərəfdaş
ölkənin nümayəndə heyətlərinin
iştirakı ilə Tbilisi, Kiyev, Nider-
land, İngiltərə, İspaniya, İtali-
yada görüş və seminarlar keçi-
rilmiş, müxtəlif istiqamətlərdə
müzakirələr aparılmışdır”.
2013-cü
ildə
universitet
əməkdaşları tərəfindən Kürdəmir
və Saatlı rayonlarının bir sıra
kəndlərində əhalinin dar ixtisaslı
həkimlərin iştirakı ilə müayinə
olunduğunu şura üzvlərinin
nəzərinə çatdıran İbrahim İsa-
yev bildirib ki, müayinələrdən
sonra səhhətində ciddi problemi
olan bəzi xəstələr müalicə almaq
üçün müxtəlif tibbi müəssisələrə
göndəriliblər.
Çıxışında Əsaslı kitabxananın
fəaliyyətinə də toxunan prorektor
Universitet kitabxanasının müasir
informasiya texnologiyaları ilə
təchiz edildiyini, müasir tələblərə
cavab verən İRBİS-64 avtomat-
laşdırılmış kitabxana informasiya
sistemi ilə (AKİS) təmin olundu-
ğunu söyləyib: “2010-ci ildən bu
sistem kitabxanamızın beynəlxalq
informasiya məkanına daxil ol-
masının, dünya standartlarına
uyğun elektron kitabxananın və
elektron kataloqunun yaradılma-
sının, təhsil və elmi-tədqiqatlar
üçün əsas amil olan elektron mən-
bələrindən sərbəst istifadə olun-
masının təminatçısıdır. İrihəcmli
server alınmış, İRBİS-64 sistemi
vasitəsilə internetə çıxış təmin
olunmuşdur.
Kitabxananın internetdə yer-
ləşdirilmiş elektron kataloqu
dünyanın istənilən nöqtəsindən
istifadəçiyə kitabxanamızın fon-
du ilə tanış olmağa imkan verir.
Elektron kitabxanalar informa-
siya mübadiləsi sistemlərinin,
virtual informasiya mühitinin ya-
radılmasına, distant təhsilin inki-
şafına xidmət göstərir”.
O, çıxışının sonunda xalqın sağ-
lamlığının keşiyində dayanmaq
kimi humanist bir vəzifə sahibi
olduqlarını heç vaxt unutmayan
Tibb Universiteti əməkdaşlarının
bundan sonra da yorulmadan
səhiyyənin inkişafına, yeni tibb
mütəxəssislərinin hazırlanması-
na öz töhfələrini verəcəklərinə
əminliyini bildirib.
Müzakirələr zamanı çıxış edən
professorlar Zakir Qarayev, Çin-
giz Rəhimov, Qalib Qarayev,
Nuru Bayramov, Habil Muradov
və Lalə Allahverdiyeva hesaba-
tı qənaətbəxş qiymətləndirərək
universitetin elmi potensialı-
nın yüksək olduğunu, aparı-
lan işlərin istiqamətinin düz-
gün
müəyyənləşdirildiyini
söyləyiblər. Həllini gözləyən
problemlərlə bağlı təkliflərini
irəli sürən natiqlər yerli və
beynəlxalq qrant layihələrində
iştirakın vacibliyindən söz açıb-
lar. Eyni zamanda elmi-tədqiqat
işlərinin aparılması məqsədilə
xarici ölkələrə ezam olunmuş
əməkdaşların qayıtdıqdan sonra
gördükləri işlər barədə hesabat
vermələrini məqsədəuyğun hesab
ediblər.
Məruzə və çıxışlarda səslənən
fikirlərə yekun vuran Əhliman
Əmiraslanov müzakirə olunan
məsələnin vacibliyini önə çəkərək
tədrislə elmi-tədqiqat işlərinin pa-
ralel aparılmasının zəruriliyindən
danışıb: “Mən həmişə deyirəm ki,
biz ilk növbədə müəllim olmaqla
bərabər, həm də elmi tədqiqatçıyıq.
Kafedralarda işləyənlərin böyük
əksəriyyəti elmi-tədqiqat işləri ilə
məşğul olmalıdırlar və nə vaxt-
sa məşğul olublar. Ona görə də
elmi tədrisdən ayırmaq mümkün
deyil, bu bir vəhdətdir. Əgər bu
gün kimsə elmi tədqiqat apar-
mırsa, öz sahəsinin səviyyəsini
yüksəltmirsə
burada
yaxşı
tədrisdən söhbət gedə bilməz”.
Kafedralarda elmi tədqiqatlara
cavabdehlik daşıyan şəxsləri
məsuliyyətli olmağa çağıran uni-
versitetin rəhbəri qrant layihələri
üzərində ayrıca dayanıb. Vurğu-
layıb ki, bütün dünyada, eləcə də
Azərbaycanda bu sahəyə böyük
məbləğdə vəsait ayrılır. Həmin
vəsaitdən Azərbaycan Tibb Uni-
versitetinin yetərincə yararlan-
madığını, Akademiyanın qabaq-
cıl institutları ilə müqayisədə
geridə qaldığını vurğulayan rek-
tor müdafiə şuralarının, problem
komissiyalarının, doktorantura
və rezidenturanın işi ilə bağlı
tövsiyələrini də şura üzvlərinin
diqqətinə çatdırıb.
Dostları ilə paylaş: