Beş günlük rezident ol


“TƏBİB” Gənclik tələbə idman Cəmiyyəti



Yüklə 10,77 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix30.12.2021
ölçüsü10,77 Mb.
#1916
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   31
“TƏBİB”

Gənclik tələbə idman Cəmiyyəti 

ilə Təhsil Nazirliyinin   birgə təşkil 

etdiyi ali məktəb tələbələri arasında 

idmanın  bir neçə növü üzrə Respublika  

Çempionatlığına  start verilib.

Bu yarışların əsas 

məqsədi  2015-ci ildə 

keçiriləcək  XII Uni-

versiadaya hazırlıqdır.

Birinci keçirilən  

dama üzrə  yarış-

da   universitetimizin 

komandası  bütün  ali 

məktəblərin koman-

dalarına qalib  gələrək 

birinci yerə çıxıb. 

Komandanın tərkibində  

Bağırov Məcid, Hü-

seynli Oruc, Əlizadə 

Ülfət, Sadıxlı Leyli, 

məşqçi Qurbanova Kəmalə təmsil olunub-

lar.


Növbəti  idman növü olan stolüstü tennis 

üzrə yarış  Bakı Slavyan Universitetində 

baş tutub. Bu yarışda  da komandamız 

bütün ali məktəb   komandaları arasında 

fəxri II yerə çıxıblar. Komandanı Emçiyev 

Şamil, Cəlilov Murad, Əhmədli Emin, 

Məhərrəmli Mehti,  Nəsibova Elnarə

Məmmədli Türkan, Məmmədova Aytən, 

Əkbərova Ləman, məşqçi Y.Ağamalıyeva 

təmsil ediblər.

Professor Kamal Kəbirlinskinin rəhbərlik 

etdiyi qızlardan ibarət komandamız basket-

bol yarışlarında həmişəki kimi yenə də I 

yeri tutub.

Badminton idman növü üzrə qadın ko-

mandamız II yeri, kişilərdən ibarət koman-

damız isə III yeri tutdular. Komandanın 

tərkibi: Zalov Fəqan, Əli Cəvid Xan Turalı 

Burak, Məhəmməd Xan, Ridvan Qode  

Adnan, Yusifova Fəridə, Parfyonova Yana, 

İabanova Lalə, Ağayeva Könül. Məşqçi 

Nərgiz Mehtiyeva.

Qızlardan ibarət 

voleybol yarışında  

komandamız məşqçi 

Yana Kuznetsova-

nın  rəhbərliyi altında  

gərgin mübarizədən 

sonra  2-ci yerə çıxıblar.

 Qeyd edim ki, hələlik 

idmanın 9 növü üzrə 

keçirilən Respublika  

Çempionatlığı  davam 

edir.


* * *

Mart ayında  “Novruz 

bayramı”na həsr olunmuş  universitetimi-

zin fakültələr arası futzal idman növü üzrə 

birincilik keçirildi. Bu yarışda stomatolo-

giya fakültəsinin komandası  I, I müalicə-

profilaktika  fakültəsinin  komandası II 

və II müalicə-profilaktika  fakültəsinin  

komandası  III yeri tutublar.

 Yarışda fərqlənən  qaliblər Azərbaycan 

Tibb Universitetinin idman klubunun fəxri 

fərmanları və Tələbə Həmkarlar İttifaqı 

Komitəsinin mükafatları ilə təltif olunublar.

Bu oyunlarda iştirak edən bütün tələ bə-

lə ri mizi  və məşqçiləri təbrik edir, onlara 

cansağlığı  və təhsildə müvəffəqiyyətlər  

arzulayırıq!


Yüklə 10,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin