Məhəbbət macərasının ağrıları
Rodenin gur və hissiyyatlı təbiəti onu hökmən qadın düşukününə çevirirdi.
Müasiri Edmon de Qonkur demişdi ki, Roden qadın üçün hər şeyə, hər bir cinayətə
qadir idi. Həqiqətən də o, bir sıra heykəllərində meydana çıxan kimi qəddar satirə
bərabər ola bilərdi. Bir dəfə Klod Mone ilə nahar edəndə, rəssamın dörd qızına elə
baxmışdı ki, onlar utandıqlarından bir-birini ardınca yemək süfrəsini tərk etməli
olmuşdular. Başqa bir vaxt bir gənc oğlanla Myodonda gəzərkən, heykəltəraş ona
tərəf dönüb demişdi: «Danışırlar ki, mən qadın barədə çox düşünürəm. Lakin bu
necə də səfeh sözdür. Düzdür, hər şeydən əlavə, axı bundan başqa hansı daha vacib
bir şey vardır ki, onun barəsində düşünəsən».
Onun eşq macəralarının çoxu təsadüf nəticəsində baş verirdi, hətta onlar
qəflətən baş versə də, Rozanın uzun müddət ərzində əzab çəkməsinə səbəb olurdu.
Bununla yanaşı, 1883-cü ilə yaxın o, coup de foudre - «ildırım zərbəsi» aldı. Onun
həyatında qığılcım kimi parlayan bu qız Kamilla Klodel idi. Alfred Buşenin ona
təqdim etdiyi həmin qız nəticədə onun köməkçilərindən və şagirdlərindən birinə
çevrildi. Bu gözəl məxluq yazıçı və diplomat Pol Klodenin bacısı olmaqla, 1856-cı
137
ildə anadan olmuşdu, «yeni qadının» tipik nümunəsi idi. Belə qadınlar tezliklə çox
sayda müasir romanların və pyeslərin qəhrəmanına çevrilirdilər. Bütöv düşüncədə
onun «bacılarının» uğrunda mübarizə apardığı azadlıq arzusu Rodenin də
əsərlərində əks olunurdu.
Kamillanı heykəltəraşlıq özünə çəkir, çox cəzb edirdi, onun əsərləri Salona
göndərilirdi. Mirbo bir dəfə onu «təmiz şəkildə böyük rəssam - unikal şəxs, təbiət
qiyamçılarından biri, «düha qadını» adlandırmışdı. Onun rəssamlıq qabiliyyətinə
Rodenin özü də qiymət verərək, bəyan etmişdi ki, «Mən ona qızılın harada
olduğunu göstərdim; o, onu tapdı, ancaq bu mənim deyil, onun öz qızılı idi».
Kamilla Roden üçün çox şey demək idi və onu ilhamlandırırdı. Roden üçün
bu qız yüksək təəssürat doğuran «Dan yeri», «Düşüncə» və «Fransa» kimi
əsərlərində model kimi xidmət göstərmişdi. Yunan mifologiyasında Kipr çarı,
görkəmli heykəltəraş Piqmalion özünün mərmərdən düzəltdiyi qız olan Qalateyaya
vuruldu. Piqmalionun xahişi ilə ilahə Afrodita onu diriltdi və Piqmalion ona
evləndi. Poden isə öz «Qalateya»sında virtual deyil, canlı və bütün varlığı ilə
sevdiyi Kamillanı vəsf etmişdi. Onun Rodeni necə əsir etməsini başa düşmək
asandır. O, rəssam idi, hissiyyatlı və ilham pərisi olan bir qız idi, bir sözlə, Rozaya
tam əks idi. Edmon de Qonkur bu qızla 1894-cü ilin martındakı görüşünü təsvir
edərək yazır ki, o, üstündə iri yapon gülləri olan komzolda gəlib çıxdı, uşaq başına
oxşar başı, gözəl gözləri, kəlməni orijinal qaydada dəyişdirməsi və özünü təqdim
etmək üslubu ilə kəndli qadın ağırlığını yada salırdı..
138
“Qalateya”
Rodenlə bir neçə il davam edən sevgi məsələsi hökmən öz davamı kimi
narahatlıq da gətirməli idi. Münaqişə istedadlı, ehtiraslı və əsəbi xarakteri olan
rəssamla - Kamilla ilə, heç də az ehtiraslı olmayan, ancaq çox sadə qadın olan
Roza arasında baş verdi. Belə hadisələrdə daim baş verən kimi, hər iki qadın
aqoniyadan əzab çəkirdi və o vaxtdan onların hər ikisi barışmaz və möhkəm iradəli
rəqibə çevrildilər. Məzəmmətlər, göz yaşları və hətta hədələr Rodeni cana yığırdı.
Əgər o, evə gələndə geciksəydi, Roza qısqanclıqdan dəli olub, qisas duyğusu
ilə yanaraq, lunatik kimi qaranlıq bağda, hər ikisinin sevdiyi və nifrət etdiyi addım
səslərini eşitmək üçün dolaşırdı. Məhəbbət məsələsinin adəti qaydada olan həllində
olduğu kimi Roden Rozaya görə Kamillanı tərk etməli oldu. Bu düzgün idimi? Axı
o, qızın yeganə məşuqu deyildi, bəstəkar Debyüssi bu məhəbbətdə onun rəqibi idi.
1895-ci ilddə Qonkur məlumat verir ki, Rocer Marks şahiddir ki, heykəltəraş və
onun məşuqəsi yan-yana, böyük məhəbbətlə işləyirdilər. Belə bir maraqlı şəhadət
də vardır ki, Kamilla onu atıb getmişdi. Roden özü də bəyan etmişdi ki, qız bir gün
onu tərk etdi, sonra qayıtdı və nəticədə həmişəlik çıxıb getdi - məhəbbət
məsələsində çox vaxt təkrar olunan bir nümunə ondan ibarətdir ki, üçlük nəticə
etibarilə hökmən dağılır.
Bu baş verdikdə, Roden göz yaşları içində dostuna demişdi ki, o, artıq
Kamillanin üzərində heç bir təsir gücünə malik deyildir. Nəticə hər ikisi üçün çox
xoşagəlməz idi. Kamilla əsəb xəstəliyinə, nevrastaniyaya tutuldu. Rodenə isə onu
unutmaq olduqca çətin idi, o, Kamilla ilə ayrılıqdan əzab çəkirdi və bu dərd çox-
çox illər davam etdi.
Roden, onu ləkələyən keçmiş məşuqəsi barədəki parlaq xatirəsini ömrünün
sonunadək qoruyub saxladı. Kamilla isə onu özünün uğursuz həyatına və
karyerasına görə ittiham edirdi. Axı onu da qeyd etmək lazımdır ki, istedadlı
adamlar nadir hallarda xoşbəxt olurlar.
Kamilla ruhi xəstəliyə tutulduqdan sonra ona elə gəlirdi ki, Roden onu ələ
salır, onun köhnə işlərini düzəldib, öz adına çıxır. Belə depressiya vəziyyətində o,
heykəllər qayırırdı, lakin sonra qəzəbindən onları qırıq-qırıq edirdi. 1913-cü ildə
onu dəlixanaya götürdülər, burada o, otuz il qaldı. Bu qadın əmin idi ki, onun bura
salınmağının təqsirkarı da Ogyüst Rodendir. O, dahi rəssamı özünün bütün
bədbəxtliklərində təqsirləndirirdi, onu lənətlərlə yad edirdi. Sonradan o, artıq
heykəltəraşlıqdan da əl çəkib, bu işə bir daha toxunmadı.
Kamilla 1943-cü ildə 79 yaşında öldü. Ölümündən əvvəl onun yanına gələn
doğma qardaşını da tanımadı. Bu gün də Rodenin muzeyində onun şagirdi Kamilla
Klodenin heykəltəraşlıq işlərini görmək olar. Bu, rəssamın özünün vəsiyyətinə
uyğun olaraq edilmişdir.
Rodenin sənəti daim qadına hörmət mövqeyində idi. Kamilla bunun
mərkəzində idi və Roden daim ona, bu qız barədəki düşüncələrinə qayıdırdı.
Bununla əlaqədar bir şayiə də yada düşür, bunda isə ümumən onun qadın bədəninə
dəlicəsinə vurulması öz əksini tapır. O, «Kale burgerləri» üzərində işləyəndə çılpaq
fiqurun modelini hazırlayırdı. Onun modeli masanın üstündə uzanmışdı və Roden
139
gündəlik işini bitirdikdə qıza tərəf əyilib, onun gənc qadın göbəyindən öpdü -
təbiətin saysız mərhəməti qarşısında sitayiş bacını bu yolla qızdan aldı .
Roden qadın məlahətindən istifadə edən idi, çox müxtəlif olan nəhayətsiz və
sevindirici dərəcələrdə qadın bədənini əsir etməyə çalışırdı, bu müxtəlifliklər
qadının döşlərinin və göbəyinin arasındakı hərəkətdə və ya ehtiras impulsunun
təsiri altında qəbul edilə bilən qadın bədəninin qeyri-adi və adəti olmayan
ölçülərində özünü göstərirdi.
Divanda uzanan qadının gözəl başı onun qurtaracağında qərar tuturdu.
Saçları, saçın qızıl piramidası yanaqların ətrafına tökülürdü. Saç payız yarpaqlarına
bənzər rübənddə işıq saçırdı. Sifəti əhatə edilən gözəl saç qızıl sünbül topaları olan
taxıl zəmisinə bənzəyirdi. Rütubətli qırmızı ağız heyranedici idi, onun nəcib əyrisi
ilana bənzəyirdi, dəyirmi bəbəklər qapalı idi, kirpiklərin tikişi ilə çarpazlanırdı. Bu,
gözlərlə ağız arasındakı incə harmoniya idi. Bu sözləri onun modellərini öyrənən
bir səriştəli adam yazmışdı.
Roden uzanan qadın bədəninə yaxınlaşmaq üçün əyilirdi və qorxurdu ki,
səsinin azacıq eşidilməsi bu sevimli zərif məxluqu narahat edə bilər, ona görə də
pıçıldayırdı: «Ağzını elə tut ki, elə bil ki, fleyta çalırsan. Yenə! Yenə!»
Bu təsvir davam edirdi: «Ağız, qabağa çıxan parlaq dodaqlar hiss edilən
qədər ifadəli idi… Buradan ətirli nəfəs gəlirdi və arı kimi içəri cumub və
pətəyindən qaçırdı.» Roden bu təəssüratı barədə deyirdi ki, bəşər çiçəyini ardı
kəsilmədən öyrənməyim necə də məni sevindirir. «Necə bir xoşbəxtlikdir ki,
mənim sənətimdə sevilməyə və həmçinin sevgim barədə danışmağa qadirəm».
Onu bəzən ağuşuna alan pessimizmin əksinə olaraq o, həyatla, insanlarla
məhəbbətdə idi. Onun qadınlara ehtirası «I Sirena. Veneranın üz-gözünü
bəzəməsi» əsərində heyranedici qaydada ifadə olunur. Onun saçlarının burulması,
bədəni və yumulu gözləri bir bayram ləzzəti kimi yadda qalır və adamı şadlandırır.
Titsianın qadınları kimi bu gözəl bədənli qız barəsində də hansısa bir pozğunluq
düşüncəsi ola bilməz. Bu qız sevilən məmnun qalmanın obrazıdır, Rodenin bir dəfə
həya etmədən qeyd etdiyi kimi «məhəbbətdə hər şeyin hesabı fəaliyyətdir». O,
həyatda baş verən kontrastları vurğulamağa can atırdı. Buna ən təsirli nümunə
«Öpüş» və «Bir vaxt o, dəbilqə qayıranın gözəl arvadı olmuşdu» əsərləridir. O,
dəfələrlə ötüb keçən məhəbbət, ölüm mövzularına müraciət etmişdi. İkinci əsərində
isə, onun mövzusu Vilyonun məşhur poemasından götürülmüşdür və qadın ən pis
vəziyyətdə, pərişan şəraitdə, demək olar ki, skelet kimi təsvir edilmişdir.
«Ölpüş»dəki məhəbbət alovunda yanmaqdan həzz alan xoşbəxt qızla bu bədbəxt
qadın arasındakı fərq həyatdakı kontrastı əks etdirir.
Roden onun dövrünü valeh edən problemlərdən birinin birbaşa ürəyinə
nüfuz edir - qadın kişi üzərində ağalıq edir. Bunu o, heyrətamiz «Hər şeyi məhv
edən qadın» əsərində təsvir edir. Freyd nəzəriyyəsinə inam bəsləməklə, o, bizə elə
bil ki, dişi pələng olan qadının kişiyə hücum etməsini göstərir. Qadın öz ovu kimi
taqətdən düşmüş kişinin üzərinə atılır və kişi ona müqavimət göstərmir. Kişi qadın
üçün qul ola bilər, bunu o, «Əbədi büt» əsərində açıb göstərir. Burada qadının başı
incə şəkildə irəli əyilmişdir. O, aşağı, elə bil ki, sakit gecənin yüksəkliyindən
kişiyə baxır, axırıncının üzü elə bil ki, bol çiçəklərin içərisində olan kimi qadının
140
döşündə gizlənmişdir. O, həmçinin diz çökmüşdür, lakin daşda olmaqla aşağıdadır.
Onun əlləri öz arxasında yerləşmişdir, elə bil ki, lazımsız, boş şeylərdir. Bu qrupda
sirrli böyüklük nəzərə çarpır. Roden çox hallarda olduğu kimi, bunun mənasını da
izah etməyə cəsarət etmir.
Roden ardıcıl olaraq qadının femme fatale - «bədbəxtlik gətirən qadın» kimi
izah edir, bunda o, romantiklərin təxəyyülünə əsaslnır. Rodenin əsərində qadın
özünün sevilməsinə icazə verir, hissiyyatlı qaydada öpüşlər daşqınına bürünür,
sevdiyi kişinin öpüşlərinin sayı, çəkisi isə yoxdur. İyirmi beş yaşlı kişinin öpüşləri
hərarətli və sarsıdıcıdır.
Roden sənətində erotisizm məzmuna nüfuz edir. Burada şair Bodlerin təsiri
də hiss olunur. Bodlerin ölümündən sonra Roden onun başının heyrətedici
heykəlini yaratmışdı. Bodler əsrin digər şahidlərindən daha çox onun günah və
lənət konsepsiyaları ilə razılaşırdı, bunlara isə XIX əsr rəssamlarının və
yazıçılarının təxəffülündə rast gəlmək mümkündür. Dantenin «Cəhənnəm qapıları»
ilə Bodlerin təsirinin çuğlaşdığı yol çox mühüm xarakter daşıyırdı. Bu ali əsərinin
formalaşması üçün belə iki mənbə Rodenin bacarığının əsasında dayanırdı, bunlar
özünü onun həyat fəlsəfəsinin böyük hissəsini olduqca zəngin qaydada ifadə edirdi.
Bodlerin təsiri Rodenin lesbianizmlə razılaşdığını ifadə etməyə kömək edir,
bu, onun «Heyranlıq və ekstaz», «İctimai qadın», «Sarılmış qadın» və
«Vakkanaliya» kimi sənət əsərlərində müşahidə olunur. Bu, ona qadın bədənlərinin
qeyri-adi mələklər görünüşündə göstərmək imkanı verir, kontrast şəkildəki insan
əlaqələrini araşdırmağa qadir edir. Bu vaxt baş verən gənc və yaşlı, müqəddəs və
dünyəvi sevgi arasında deyil, normallıqla ondan uzaqlaşmaq arasındadır.
Rodenin məhəbbət ehtirası, şəhvət duyğusu dini şəxsiyyətləri təsvir etməsinə
də toxunmamış qalmır. Qadının kişiyə malik olması arzusunu təklif etmək
sahəsindəki onun istəyi o qədər böyük idi ki, o, bu hissi yanaşmanı özünün 1894-
cü ildə yartdığı «Xrist və Maqdalina» əsərində də tərəddüd etmədən tətbiq etdi.
Maqdalinanın aydın göstərilən yançaqlarını, demək olar ki, barokko üslubunda
təsvir edir. Onlar Xristin bədənini qucaqlayan kimi sıxırlar, elə bil ki. qadın bütün
varlığını bir məşuqə sıçrayışı ilə onun qolları arasına atır. Mövzunun belə
araşdırılması xristian konfiqurasiyasına roman notu kimi təqdim olunur.
Roden deyirdi ki, «Antik heykəltəraşlıq insan bədəninin məntiqini, mən isə
onun psixologiyasını axtarıram». Onun psixologiyanın inkişafı ilə xüsusən yaxın
əlaqəsi var idi. O, Freyd nəzəriyyəsinə də hörmətlə yanaşırdı. Onun «Əbədi bahar»
əsərində elə görünür ki, gənc qəflətən qızı öpmək üçün qolları arasına alır, bu da
onun oturma oxunu yöndəmsiz qaydada dəyişir, bu vaxt qız isə öz növbəsində elə
görünür ki, bunu anlamadan özünü təslim etmək istəyir. Bu anatomik cəhətdən çox
sadədir. Adəmin bir tərəfə əyilməsi onun bütün bədəni ilə razılıqdadır, həm də
onun qorxusunu göstərir. Bu vaxt qız özlüyündə bəlkə də bunu başa düşmədən
özünü təslim edən kimi görünür. Bu anatomik cəhətdən əsas addım kimi təsvir
edilmişdir. Adəm bir tərəfə əyilr, bütün bədəni ilə buna çalışır ki, Həvvanın
qorxusunu nəzərə alsın. Onun başı öz biabırçılığını «bilə» bilər, ona görə də öz
bədənində yoxa çıxmaq istəyi kimi görünür və dramatik qaydada uzanmış barmaq
hələ də Allahın barmağı ilə kontaktdan əsir, bu jest, heç şübhəsiz, Rodenin
141
əsərində Sikstin kapellasının tavanını yada salır. Mikelancelonun məşhur
freskasında bu, «Adəmin yaranışı» tablosunda Allahın Adəmin əlinə barmağı ilə
toxunması ilə ifadə olunur.
Dini
mövzudan
bir qədər abstraksiya edilsə, «Əbədi bahar»
kompozisiyasında «Öpüş»də olan kimi qadın məhəbbət anında, kişinin hərarətli
ağuşunda təsvir edilir. Hər ikisində əsl təmiz məhəbbətdən xəbər verən, bircə
anlığa mövcud olsa da, hər şeyi öz alovunda məhv edən öpuş vasitəsilə kişi ilə
qadının birgə, qarşılıqlı bağlılıq hissləri təqdim edilir. Xüsusən «Əbədi bahar»dakı
səhnə hər iki gəncin hissiyyatın fiziki ifadəsindən daha çox, onları özünə əsir etmiş
yanğını söndürmək üçün bu vasitəyə əl atdıqlarını göstərir. Mərmərdən yonulmuş
kompozisiyada Roden qeyri-adi həll yolunu tapmışdır, dizi üstə düşən gənc qızın
füsunkar bədəni, bu bədənin bütün ləyaqətləri ecazkar bir ifadədə təsvir olunur.
Qızın sağ qolunun oğlanın başını özünə tərəf əyməsi, onun incə bədənini,
məhəbbətə çağıran döşlərini seyr etməyə, əslində bu səhnəyə heyran olmağa
çağırır. Oğlan isə sağ qolu ilə qızın çiynini qucaqlayıb, başını əymiş, sol qolunu
həzzdən məst şəkildə uzatdığı tərzdə, dodaqlarını susuzluqdan təşnə adam
səhradakı vahədə ağzını soyuq bulağa qapadığı kimi, qızın dodaqlarına
möhürləmişdir.
Məhəbbət onları elə bil ki, bir anlığa könül simbiozlarına çevirmişdir.
Kişinin və qadının bədənləri canlı kəndirlər kimi onları bir- birinə bağlamışdır. Bu
emosional bağlar olmaqla könülün bədənə hakim kəsilməsindən xəbər verir. Bədən
axını, bədənin qabarması heç də dənizinkindən zəif deyildir və həzz anının əmələ
gətirdiyi ekstazdan xəbər verir. Hər iki bədən eşq ovu üçün vacib olan hisslərin
tüğyanını, ehtirasın şahə qalxmasını bildirən cavanlıqdan xəbər verir. Hər iki bədən
elə bil bu anın böyüklüyünü, arzuların apofeozunu nümayiş etdirmək üçün
yaranmışdır. Qızın bədəninin daşqını isə dözülmək həddindən kənardadır. Roden
qızın bədənini onun tam çiçəklənən anında təsvir edir. Həm də onlar bu səhnəni
seyr edənləri öz ehtiras fiestalarına, ziyafətlərinə dəvət edirlər. Heykəldə ağıl
iradəsi bədən iradəsində sönmüşdür. Deyəsən, məhəbbətin şiddətindən onlar
məkanı və zamanı da hiss etmirlər, bəlkə də insanın istəklərini və fəaliyyətini
məhdudlaşdıran bu amillərə heç məhəl də qoymaq istəmirlər.
Bu anda, elə bil ki, heç kəs onlara mane ola bilməz, onlar heç nədən
qorxmurlar, axı arzularına çatmışlar, yaxşı anlayırlar ki, qızğın məhəbbət ölümdən
də qüvvətlidir. Hətta Adəm və Həvvanın ilkin təcrübəsi də göstərirdi ki, özünü
dərketmə anından sonra yerüstü cənnətdən qovulmaq da qorxulu deyildir, çünki
əvəzində onlar Məhəbbət bağı adlanan bir cənnətə qovuşdular, həqiqi bal ayı
cənnətinin meyvəsini daddılar. Bu ikisinin də ilk günahı, yixlması da sayıla bilər,
lakin həm də onların qalxması, yüksəlməsidir. Bu anda onlar, elə bil ki, bir-bilərrni
yaratmışlar, məhz bu təəccüb doğuran həzz balını dadmaq üçün dünyaya gəlmişlər.
Bu, ətrafdan, ağıldan kənarda mövcud olan zamandır, tamamilə başqa dünyadır.
Bu şirinlikdə bəlkə də bir ağrı da vardır, lakin həmin ağrıya da haqq qazandırmaq
mümkündür. Axı məhəbbət anına qovuşmaq üçün insanlar qanlı müharibədən də
betər sınaqlardan keçməli olur və anlayır ki, burada hisslərə təslim olma döyüşlərin
142
özündən də şirindir. Sevib-sevilənlərdə bir Samson gücü əmələ gəlir və onlar bircə
zərbə ilə bütün maneələri dəf etmək qüdrətində olurlar.
“Əbədi bahar”
Roden mərmərdə adi heykəl qrupu yartmamışdır, («Öpüş» əsərinin isə bir
çox variantı mövcuddur), insanın ali hissinə, coşğun ehtirasına əsl oda söyləmişdir.
Onun təsvir etdiyi bədənlər də bu hissləri ifadə etmək üçün dilə gəlir, danışır.
Mübaliğəsiz demək lazımdır ki, «Əbədi bahar»a tamaşa edəndə eşq anının qızmar
hisslərinin səmadan gələn simfoniyasına qulaq asırsan, burada insana əzab verən
və onu yüksəldən sevginin təntənəli, həm də elegiyadan xəbər verən melodiyasını
eşidirsən. Buradan belə bir nəticəyə gəlirsən ki, heykəltəraşlıq da musiqi, rəqs və
ya poeziya kimi əslində coşğun bir ehtirasdır. Roden yaradıcılığını isə bu mənada
möcüzə saymaq olar.
«Əbədi bahar» öz həll üslubunda və ifadə tərzində unikal bir əsərdir.
Buradakı hisslərin tufanına biz heç Rafaeldə, Mikelanceloda və Leonardo da
143
Vinçidə də rast gəlmirik. Roden bu əsərində sevgi anlarını qeyri-adi ustalıqla
qələmə alan, Bibliyadakı «Şərqilər şərqisi» kitabının müəllifi sayılan Solomona,
həmçinin Şekspir, Viktor Hüqo və Tolstoy kimi dahilərə də uduzmur, bəşər
övladına xas olan ən ülvi hissləri tərənnüm etməkdə onlardan da yuxarı qalxır.
«Əbədi bahar» məhəbbət anının sadəcə təcəssümü deyildir, insanın hiss və
ehtirasının himnidir. Burada ruhun şadlanması, bədənin ilhamlanması və
canlanması təsvir olunur.
Yəqin ki, Romeo və Cülyetta da bu əsəri, həm də öz şərəflərinə həsr edilən
heykəli görsəydilər, ölməz eşqi daha unikal vasitələrlə vəsf edən bu inciləri öz
ruhlarına bəslənən əbədi şərqi kimi qəbul edər və Şekspirlə yanaşı, Rodenə də
minnətdar olardılar.
Təsadüfi deyildir ki, qadına həyatda düzgün, bərabər yerini verən Roden
qadın bədəninin Homeri adlandırırlırdı. Bu bədən artıq kişinin ovu olmağını
dayandırır, qadın öz füsunkarlığını və kübarlılığını açıqca bəyan edir. O, heç də
qadını kişinin arzularına tabe olmağa hazır olan məxluq kimi nəzərdə tutmur, qadın
daha çox öz arzularına malikdir. Bunu hissin hökmü, iradəsi ilə qəflətən oğlanın
qucağına atılan, öz çoxdankı arzusuna qovuşan «Əbədi bahar», «Öpüş» və digər
əsərlərdəki qadın bədəninin elə bil ki, dil açan ifadəsində görürük.
Rodenin bu əsərlərini «Kama sutra» səhnələri ilə müqayisə etmək də
ədalətsizlikdir. Hindlilərin bu qədim traktatı cinsi həzzlər mövzusuna həsr
olunmuşdur, fiziki yaxınlıqdan həqiqi həzz olmaq yollarını araşdırmağa,
təlimatlandırmağa çalışır. «Kama» hissiyyat arzularının ödənilməsi mənasını
verirdi. Rodendə isə şəhvət səhnəsi deyil, ülvi hisslərin asimana yüksələn dalğası,
coşan ehtirasları paradoksal qaydada ram edən tufanı təsvir olunur. Kişi ilə qadın
burada öz könüllərin axtarıb tapmaq üçün ağuşlarını bir-birlərinə açırlar.
Rodenə görə, «Əbədi büt»də təsvir etdiyi kimi, qadın müstəqil rol
oynadıqda kişi onun qulu ola bilər. Qadının kişiyə malik olmaq arzusunu isə o,
«Xrist və Maqdalina» kompozisiyasında göstərir. Burada Maqdalina İisusu öz
məhəbbətinin gur sobasında əritmək üçün onun üstünə atılmış şəkildə təsvir
olunur. Yazıçı Den Braun «Da Vinçi kodu» adlı məşhur romanında İisusun bu
yaxınlıqdan qızı olduğunu da iddia edir. Vatikan əsəri süngü ilə qarşılasa da,
Roden bu mövzunu öz heykəlində, özü də qeyri-adi ekspressiya şəklində təsvir
etmişdi və Den Braunu bir əsrdən də artıq müddətdə qabaqlamışdı.
Roden qadın bədənini antomiyasına yaxşı bələd olduğundan, ona məxsus
olan bəzi cəhətləri qabartmğa çalışırdı. O, qadınların açıq ağızlarına məftun olurdu,
ona qadın bədəninə malik olmağa bir dəvət kimi verməyə çalışırdı. Bunları «Su
pərisi» əsərində, həmçinin «Danald»də isə sallanıb axan saç vasitəsilə təsvir edir.
Saç həqiqətən də xüsusi cəzdedici təsirə malikdir. Kişini və qadını bir-birinə sarıya
bilən zəncir kimi nəzərdə tutulur. Necə ki, qadının məhəbbət-nifrət simvolu olması
XIX əsrin əlaməti idi.
Rodendə məhəbbət mövzusu hədd tanımamaqla yanaşı, ilk növbədə insanın
daxili aləminin təntənəsinə həsr olunmuşdur. Axı insanlar arasındakı ülvi hisslər
heç də heyvanlara məxsus olan adi fiziki yaxınlıqla eyni şey deyldir. Axı
məhəbbətdə insan ürəyi, könlü hərəkətə gəlir, ehtiras nəbzinin vurulması heç də
144
ürəyin adi pulsundan az əhəmiyyət kəsb etmir. Axı bəşər övladı məhəbbəti
anlayan, onu yaşayan andan, bütün varlığını bu ali hissə tabe etdiyi vaxtdan sonra
insan kimi formalaşmağa, meydana gəlməyə başlamışdır. Qədim Romanın böyük
şairi Ovidi özünün “ Ars amatoria” - «Məhəbbət elmi» əsərində qeyd edir ki, ibtidai
insan dik gəzsə də, yaşayış tərzinə görə meşədə öz ətrafında dolaşan heyvanlardan
heç də fərqlənmirdi. Heyvanlar kimi o da tapdığı, əsasən zülal mənbəyi olan hər
şeylə qidalanırdı. Qədim insan heyvanlara bənzər qaydada quru torpağın üstündə
yatırdı, yarpaqlar bu vaxt onun bədənini yağışdan, soyuqdan qoruyan yorğan
rolunu oynayırdı. İlk dəfə iki cins arasında məhəbbət hissləri baş qaldıranda o,
digər canlılardan bütünlüklə fərqlənən insana çevrilməyə başladı. Başqa canlılar
kimi heyvanlar da nəsli artırmaq instiktinə malik olsalar da, ülvi hisslərdən xali
idilər. Kişi və qadın öz aralarındakı çox hallarda qarşılıqlı, bəzən hətta birtərəfli,
cavab tapmayan hisslərin təsiri altında insana çevrildilər, primitiv hədlərdə də olsa,
onların daşıyıcıları oldular. Deməli, insanın fiziki məxluq kimi iki milyon ilə yaxın
yaşı olsa da, mənəviyyata, daxili aləmə, onların ən bariz nümunəsi kimi məhəbbətə
malik olmaqla bəşər övladı xeyli sonra meydana gəlmişdir, özünü və hissləri dərk
etməyən əcdadından xeyli cavandır və müasir insan könülə malik olan varlıq kimi
özünü məhz onun törəməsi hesab etməlidir.
Freyd ilk dəfə olaraq valeh olma ilə nifrətin yaxın üzvü əlaqədə olduğunu
başa düşmüşdü, hissiyyatın amili kimi yuxu anatomiyasının əksliyini oxumuşdu,
necə ki, Roden də hissiyyat anatomiyasının əksliyini oxumuşdu.
Ədəb-ərkanın əksinə, özünün ən uğurlu portretlərində heykəltəraş qadının
kişiyə əzab verə bilən sirrli keyfiyyətini görürdü. Burada onların sifətlərindəki
təbəssümlər heç də müəyyən olunmuş qaydada deyildi. Müəmmalı şəkildə örtülü
olan dodaqlar və geniş arzuları ifadə edən gözlər əbədi ay işığında olan gecənin
içərisindəki keçmiş hər şeyə baxırdı. Roden qadının üzünü onun gözəl bədəninin
bir hissəsi kimi verirdi, onun gözləri bədənin gözləri və ağzı bədənin incisi kimi
meydana çıxırdı.
Dostları ilə paylaş: |